Əbülfəs Qarayevdən “Avroviziya”dakı xəritə qalmaqalına - REAKSİYA

“Avroviziya-2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi məsələsini İctimai televiziyanın rəhbərliyi ilə aydınlaşdıracağıq.

paralel.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

“Avroviziya” müsabiqəsinin bünövrəsində televiziyalar durur.

Biz bu məsələni İctimai televiziyanın rəhbərliyi ilə aydınlaşdıracağıq. Bundan sonra təşkilatçılara müvafiq tapşırıqlar verilməlidir.

Bu, yolverilməzdir və biz hər zaman bu kimi məsələlərə nəzarət edirik.

Azərbaycan xəritəsi bütövlükdə verilməlidir. Hətta bəzən “Google maps”da da bu kimi hallara yol verilib və biz onun qarşısını almışıq”, - deyə nazir əlavə edib.

Kamil HƏMZƏOĞLU

0.081115007400513