Bu ərazidə hərəkət məhdudlaşdırılacaq

Bu gün gecə saatlarından etibarən bəzi ərazilərdə hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, gecə saat 00:00-dan səhər saat 06:00-dək Bakı-Sumqayıt şossesinin Xırdalan dairəsindən Beynəlxalq Avtovağzal kompleksi qarşısınadək olan hissədə hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Səbəb üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləridir.

0.12326908111572