Həyətində çətənə becərən Buzovna sakini tutulub - FOTO

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Buzovna qəsəbə sakini Şahin Əliyev saxlanılıb. 

Bu barədə paralel.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Onun yaşadığı evin həyətinə baxış keçirilən zaman xüsusi olaraq əkilən və qulluq edilən 877 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Əliyevdən əlavə olaraq 5 kiloqram 595 qram qurudulmuş marixuana da aşkar edilib.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq niyyəti ilə əkdiyini və onlara qulluq edərək yetişdirdiyini bildirib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

0.098262071609497