Şamaxıda ağır qəza, xəsarət alanlar var - FOTO

Şamaxı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 111-ci kilometrliyində Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Babayev Famil Vaqif oğlunun idarə etdiyi 50 DL 184 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və sərnişini - Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Əsədov Rəşad Qismət oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar Şamaxı Rayon Xəstəxanasına yerləşdirilib. Hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır .

Rəşad Aydın

0.069772005081177