“Boeing” səhvini düzəltdi

“Boeing” korporasiyası “Boeing 737 MAX” təyyarələrinin pilotlarının təlimi keçirilən uçuşu simulyasiya edən trenajorların proqram təminatındakı nasazlığı aradan qaldırıb. paralel.az AFR-ə istinadla xəbər verir.

““Boeing”uçuşların simulyatorlarının proqram təminatına düzəlişlər edib və sistem istifadəçilərini uçuşun müxtəlif şərtləri ilə bağlı əlavə informasiya ilə təmin edib”, - deyə şirkətdən bildirirlib.

Proqram təminatı bəzi uçuş şərtlərini reallıqdakı kimi həyata keçirmirdi. Buna görə də ekspertlər düşünürlər ki, məhz bu da Efiopoyada “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğramasına gətirib çıxarıb. Qəzanın qurbanı 157 nəfər olmuşdu.

Xatırladaq ki, elə bu cür “Boeing 737 MAX 8” 2018-ci ilin oktyabrında İndoneziya sahillərində qəzaya uğramışdı, göyərtə olan 189 nəfərin hamısı həlak olmuşdu. Bu hadisələrdən sonra, demək olar, bütün ölkələr bu təyyarələrin öz hava məkanında uçuşuna qadağa qoymuşdular.

 

0.056714057922363