Kanada və ABŞ metala qoyulan rüsumu ləğv edib

Vaşinqton və Ottava Kanadadan ABŞ-a polad və alümin idxalına qoyulan rüsumun ləğv edilməsi isə bağlı saziş bağlayıblar. Cavab olaraq, Kanada bəzi ABŞ məhsullarına olan rüsumu götürməyə razılıq verib.

Bu barədə hər iki ölkə hökumətinin yaydığı birgə bəyanatda deyilir. Bildirilir ki, saziş 48 saatdan sonra qüvvəyə minəcək.

Bundan savayı, ABŞ və Kanada Beynəlxalq Ticarət Təşkilatında qeyd edilən rüsumlarla bağlı aparılan iki ölkə arasındakı bütün yarımçıq məhkəmə təhqiqatlarının dayandırılması sahəsində razılıq əldə ediblər. 

0.092843055725098