Nigahın pozulması zamanı əmlak bölgüsündə yaranmış problemlər və onların həlli yolları

Nigahın pozulması zamanı əmlak bölgüsündə yaranmış problemlər və onların həlli yolları
 

Son illər cəmiyyətin ağrılı probleminə çevrilmiş məsələlərdən biri , boşanan cütlük arasında (zatən boşanmalar daha ciddi roblemə çevrilib-Ş.S) əmlak mübahisəsi, pay bölgüsü s. bu qəbildən olan mübahisələr silsilə məhkəmə çəkişmələridir. Maraqlıdır, müxtəlif səbəbdən yolları ayrılan ər-arvad arasında mülk necə bölüşdurulur, kimin haqqı nəyə çatır? Bu digər suallara aydınlıq gətirməsi üçün Bakı şəhəri 20 saylı vəkil bürosunun tanınmış vəkili Rövşən Qasımova müraciət etdik:

-Rövşən müəllim boşanan ailələrdə ən çox mübahisə doğuran  məsələ hansılardır?

Azərbaycan ailələrində boşanmadan sonra yaranan ən böyük problem əmlak bölgüsü zamanı meydana gəlir. Bu gün məhkəmələrdə araşdırlan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır. Bu mövzu ilə bağlı cəmiyyətin müxtəlif təbəqələrində aparılan müzakirələrdə boşanmadan sonra daha çox qadınların mülkiyyət hüquqlarının pozulduğu iddia olunur. Məhkəmə təcrübəsində tərəflər arasında boşanma zamanı yaxud boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapır.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak onların ümumi birgə mülkiyyətinə daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini ( ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesab edilir ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur.Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə ( ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə ya ər-arvadın hər birinin əmlakına birgə, paylı ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Azərbaycan Respublikası Mülki Ailə Məcəllələrində qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir. Burada istisna hal ondan ibarətdir ki, tərəflər arasında bağlanmış nikah müqaviləsində ya onların arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmasın.

-Bu bölgüdə hansısa istisnalar varmı?

Nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir. Məsələn, ərə babasından vərəsəlik qaydasında verilmiş mənzil ya arvada toy hədiyyəsi kimi verilmiş müxtəlif zinət əşyası onların öz mülkiyyətidir birgə mülkiyyət sayıla bilməz. Həmçinin fərdi istifadə olunan əşyalar - geyim, ayaqqabı s. əşyalar ümumi vəsait hesabına əldə edilsə belə, həmin əşyadan istifadə edən şəxsin öz mülkiyyəti hesab edilir. Bəzi hallarda ailədə arvadın müstəqil qazancının olmaması, bütün əmlakların ər tərəfindən alınması səbəbindən onların birgə mülkiyyəti hesab edilə bilməməsi barədə cəmiyyətimizdə yalnış mövqe mövcuddur. Lakin qeyd edilməlidir ki, nikah dövründə ev təsərüffatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan arvad da belə ümumi əmlak üzərində eyni hüquqa malikdir. Ailə Məcəlləsində boşanma zamanı ərlə arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi məhkəmə tərəfindən həll edilməli olan məsələ kimi nəzərdə tutulmuşdur. Ər-arvad birgə nigah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölə bilərlər. Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Təcrübədə bir qayda olaraq ər-arvadın birgə nigah dövründə əldə etdikləri ümumi əmlak bölündükdə onların payları bərabər müəyyən olunur. Bəzi hallarda yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınaraq ümumi əmlakdakı paylar bərabər bölünməyə bilər. Tərəflər arasındakı nikah münasibətlərinə xitam verildikdən sonra arvadın (ərin) birgə yaşadığı mənzildə yaşayış hüququnun mövcud olub-olmaması aktual problemlərdəndir. Məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etmək istəyirəm ki, arvadın ərlə birlikdə nikah zamanı yaşadıqları mənzildə boşanmadan sonra yaşayış istifadə hüququnun mövcud olması barədə mübahisə həll edilərkən ilk öncə mənzilin hüquqi vəziyyəti qimətləndirilməlidir. Mülki Məcəllənin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə bağlanmış, notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma zəruridir.

Məsələn, gəlinin qayınatasının mülkiyyətçisi olduğu evdə yaşaması üçün qayınatası ilə aralarında notarial qaydada təsdiq olunmuş razılaşma olmalıdır. Bu müddəa ilə bağlı Konstitusiya Məhkəməsi tərəfindən bir neçə Plenum qərarı qəbul edilmişdir. Bəzi hallarda məhkəmələr öz qərarlarında bu növ mübahisələrə qiymət verərkən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün tərəflər arasındakı etibarlı ailə əlaqələrinin əsas rol oynadığını göstərirlər. Məsələn mülkiyyətçi ər olarsa, bu halda arvadın onlar arasında etibarlı ailə əlaqələrinin olması məhkəmələr tərəfindən əsas kimi qəbul edilir. Qanunvericiliyə görə dini nikah rəsmi nikah sayılmır. Ailə dediyimiz nikah bağlandıqdan sonra kişi qadın arasında qarşılıqlı ittifaqın qurulmasıdır. Nikah pozulduqdan sonra əmlak bölgüsündən danışdıqda burada bölünən əmlaka baxmaq lazımdır. Buna evi, maşın, torpaq sahəsi s. misal çəkmək olar. Nikah pozulması zamanı əmlakın bölünməsi zamanı bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. O daşınan daşınmaz mülkiyyət bölünür ki, həmin mülkiyyət birgə nikah dövründə alınıb bu mülkiyyət evdirsə, mütləq mülkiyyət Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatına alınmalıdır. Əmlak bölgüsü zamanı paylar bərabər tutulur. Bərabər bölünməyə bilər, bu isə boşanma zamanı ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini ( ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Birgə nikah dövründə əldə edilən mülkiyyət dövlət qeydiyyatına alınmayıbsa, həmin əmlakın bölgüsündən söhbət gedə bilməz.

- Məlum olduğu kimi bu gün sənədsiz evlər daha çoxdur. Deməli boşanmış cütlüklərdən ən çox da qadınlar ərindən yaşadıqları, lakin qeydiyyatda olmadıqları mənzildən pay tələb edə bilməz! Zəhmət olmasa bu fikirə geniş formada aydınlıq gətirin.  

Həqiqətən elə tikililər var ki, dövlət tərəfindən qeydə alınmayıb. Yəni, birgə nikah dövründə özbaşına tikilib. Dövlət qeydiyyatına alınmadığından bu mülkiyyətin bölgüsü aparılmır. Amma birgə nikah dövründə müəyyən vəsait hesabına ev tikilibsə, bir neçə il yaşayıblarsa, onda əmlakın deyil, o evin tikilməsinə sərf olunmuş pulun bölgüsü baş verir, hər kəs bu vəsaitin yarısını qarşı tərəfdən tələb etmək hüququna malikdir. Nikah dövründə ər arvada hədiyyə olunan əmlak vərəsəlik qaydasında keçən əmlak birgə əmlak sayılmır. Lakin bəzən kişilər birgə nikah dövründə qadına verilən hədiyyələri keçmiş həyat yoldaşına vermək istəmir. Bu isə mübahisələrin yaranmasına səbəb olur. Birgə nikah dövründə qadınlara qızıl-zinət əşyaları hədiyyə edilir. Qanunvericiliyə görə, ər arvaddan asılı olmayaraq hədiyyə şəklində verilən əşyalar kimə verilibsə, artıq onun əmlakı hesab edilir. Bir çox hallarda şahid oluruq ki, ər deyir ki, qızıl-zinət əşyalarını mən hədiyyə etmişəm, indi mənimlə münasibətləri korlanıb mən hədiyyəni ona vermirəm. Bu isə düzgün deyil. Çünki, bu halda qanunvericilik hədiyyə kimə verilibsə, onu mülkiyyətçi hesab edir. Qanunvericiliklə həmin əşyalar alınaraq tələb edən şəxsə verilməlidir. Hər iki tərəf bu işdə əziyyət çəkir mübahisəli məsələlərin həllində hər ikisi məhkəmə prosesində iştirak etməyə məcbur olurlar. Əslində isə ailə həyatı quran cütlük vaxtında nikah müqaviləsi bağlasa, mülkiyyətlə bağlı mübahisəli məsələlər baş verməz.

-Bəs Nikah müqaviləsi nədir?

Ailə Məcəlləsinin 38.1 maddəsində göstərilir ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə ( ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını vəzifələrini müəyyən edən sazişdir. Əgər öncədən yuxarıda qeyd olunan nikah müqaviləsi bağlanmayıbsa, əmlakın bölgüsü zamanı hər iki tərəf əziyyət çəkir. Çünki boşanan cütlüyün hər ikisi məhkəmə prosesində iştirak etmək məcburiyyətində qalırlar. Evlənməmişdən qabaq boşanmanın şərtlərini danışmaq bizim mentatltetə uyğun olmadığına görə nikah müqaviləsi bağlanmır. Nikah müqaviləsinin bütün detalları qabaqcadan yazılı şəkildə evli cütlüklər arasında razılaşaraq tərtib oluna bilər. Bura uşağın kimin himayəsində qalıb qalmaması məsələsi, alimentin ödənməsi ilə bağlı miqdar, birlikdə əldə olunmuş mülkiyyətin bölünməsi barədə, kompensasiya məsələsi, yəni kim əmlakı bütöv halda alacaqsa, mütənasib şəkildə kompensasiyanın ödənilməsi s. məsələ burada öz quvvəsini tapır. Nikah müqaviləsi, cütlük nikah qeydiyyatından keçdikdən sonra quvvəyə minir boşanma zamanı müqavilədə yazılmış öhdəliklərin icrasına başlanılır.

 SöhbətləşdiŞahnaz Salehqızı

 Ardı var

0.019976854324341