Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın demokratik dövlət quruculuğu yoluna qədəm qoydu

Azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindən birini multikulturalizm təşkil edir

 Multikulturalizmin Azərbaycan modelinin dünyada ən mütərəqqi birgəyaşayış forması olduğunu sübut etmək üçün qədim tarixi araşdırmağa ehtiyac yoxdur. Müstəqil Azərbaycan Respublikasında mövcud olan multikultural mühitin özü bu reallığı təsdiq edir.

Bu da danılmaz həqiqətdir ki, ölkəmizdə dövlət-din münasibətlərinin, burada yaşayan azsaylı xalqlar etink qruplar arasında dostluq qardaşlıq münasibətlərinin formalaşmasında bu günlərdə Azərbaycan xalqının böyük ruh yüksəkliyi ilə anadan olmasının 96- ildönümünü qeyd etdiyi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri olub. Buna görə qədirbilən Azərbaycan xalqı, öz Liderini heç zaman unutmur.

Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev kimi şəxsiyyətlər bəşəriyyətin  çoxminillik inkişafı yolunda insanlığın, eləcə öz xalqlarının taleyüklü məsələlərinin həllində mühüm rol oynayıblar. Məhz buna görə məşhur  filosof tarixçi Tomas Karlayl deyib ki, "ümumdünya tarixi - dahi şəxslərin tərcümeyi-halıdır". Lakin qeyd etmək lazımdır ki, tarixin səhnəsinə çox şəxsiyyətlər gəlib-gedib, ancaq onların heç hamısı öz xalqının xilaskarına çevrilə bilməyib. Ömrünü fəaliyyətini daim xalqının tərəqqisinə həsr edən, Vətənin ən çətin anında ona qurtuluş yolunu göstərən liderlər isə nadir şəxsiyyətlərdir.

Bu baxımdan, Ulu Öndər Heydər Əliyev öz Vətəninin inkişafı dünyada layiqincə tanınması yolunda yorulmadan mübarizə aparan nadir seçilmiş şəxsiyyətlərdən biri olub. Sover rejiminin süqutundan sonra Azərbaycan müstəqilliyini bərpa etsə , xalqımız böyük çətinliklərlə üzləşdi ağır sınaqlara məruz qaldı. Müstəqilliyin ilk illərində ölkədə xaos, özbaşınalıq, anarxiya hökm sürürdü. O dövrdə hakimiyyətdə olan qüvvələrin yarıtmaz siyasəti respublikamızı siyasi böhrana sürüklədi, faktiki olaraq, dövlətimiz məhvolma təhlükəsi ilə üz-üzə qaldı. Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəmizin ən ağır məqamlarında əzmkarlıq nümayiş etdirərək, müstəqilliyin qorunması naminə çox ciddi addımlar atdı xalqımızın tarixinə milli dövlətçiliyin xilaskarı, müasir Azərbaycan dövlətinin memarı qurucusu kimi daxil oldu. Məhz buna görə , Azərbaycan xalqı əsl müstəqilliyə 15 iyun 1993- ildə - Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışıyla qovuşdu

Bu da təkzibolunmaz tarixi faktdır ki, hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkəmizin Sovet İttifaqının geridə qalmış regionlarından ən sürətlə inkişaf edən respublikalarından birinə çevrilməsi , məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun birinci hakimiyyəti illərində Azərbaycan Respublikasında böyük sənaye obyektləri tikilib istifadəyə verilb, sosial infrastruktur formalaşdırılıb, yüksək səviyyədə elmi tədqiqatların aparılmasına başlanılıb. Milli kadrların hazırlanması, azərbaycanlı gənclərin elmi-texniki mədəni potensialını yüksəltmək, ölkəmiz üçün son dərəcə vacib olan ixtisaslara yiyələnmək üçün keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi digər sahələrdə əldə olunan nailiyyətlər Heydər Əliyevin əzmkar fəaliyyətinin, xalqına, dövlətinə sevgisinin nəticəsidir.

1993- ildə Heydər Əliyevin hakimiyyətə yenidən qaydışıyla ilə Azərbaycanda baş alıb gedən siyasi iqtisadi böhranı aradan qaldırdı. Ölkəmizdə sabitlik bərqərar edildi. Ölkəni bürüyən qanunsuz silahlı birləşmələr tərksilah olunaraq, vahid komandanlıq sistemində nizami ordu yaradıldı dinc quruculuq işlərinə başlanıldı, Azərbaycanın demokratik dövlət quruculuğu bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə start verildi. Ümummilli Liderin ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003- illərdə Respublikamızın həyatının bütün sahələrində, o cümlədən beynəlxalq münasibətlər, iqtisadiyyat, kənd təsərrüfatı, humanitar-mədəni sosial sahələrdə sürətli inkişaf prosesi baş verdi. Bütün bu məsələlər barədə danışan Heydər Əliyevin siyasi kursunun, zəngin dövlətçilik məktəbinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində deyib: "Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu prezident seçdi ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyillərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu".

Məlumdur ki, Azərbaycan Asiya Avropanın qovuşağında yerləşməklə bütün dünyanın diqqət mərkəzində olan bir ölkədir burada bir çox xalqların dinlərin nümayəndələri məskunlaşıblar. Buna görə , Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, çoxşaxəli idarəçilik dövlətçilik fəaliyyətindən bəhs edərkən Respublikada etnik dini durumun tənzimlənməsi istiqamətində göstərdiyi səyləri xüsusi qeyd etmək lazımdır. Çünki Azərbaycan kimi multietnik polikonfessional xarakterə malik olan ölkələrin rifahı inkişafı bilavasitə etnik, irqi, dini mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasətlə bağlıdır. Ölkəmizdə mövcud olan etnik-mədəni, dini müxtəlifliyin qorunması etnik dini münasibətlər sahəsində düzgün siyasətin həyata keçirilməsi milli təhlükəsizliyin təmin olunması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Çox təəssüflər olsun ki, müstəqilliyin ilk illərində hakimiyyəti ələ keçirən bəzi qüvvələr öz şəxsi mənafeləri naminə ölkəni xaosa sürüklədilər. Mövcud vəziyyəti düzgün qiymətləndirə bilməyən bu qüvvələr, etnik dini münasibətlərin tənzimlənməsi sahəsində kobud səhvlərə yol verərək tarixən tolerantlığı multikultural dəyərləri ilə seçilən Azərbaycanda millətlərarası həmrəyliyə böyük ziyan vurdular. Ölkəmizdə bölücülük siyasəti yürüdərək cəmiyyətdə nifaq toxumu səpdilər bu yarıtmaz səriştəsiz siyasət, eləcə xarici güclərin təhriki nəticəsində respublikada separatçı təmayüllər baş qaldırmağa başladılar. Dövlətimizin bütövlüyünə, Azərbaycanımızın müstəqilliyinə ciddi təhlükə yarandı, ölkə vətəndaş müharibəsinə sürüklənirdi. Bu təhlükəni aradan qaldırmaq üçün ölkəmizdə yaşayan bütün xalqların dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə böyük ehtiyac yaranmışdı. Etnik-mədəni, dini zənginliyə malik olan ölkəmizdə milli dini durumun tənzimlənməsi, bu sahədə sağlam mühitin təmin olunması, etnik dini müxtəlifliyin qorunması üçün güclü siyasi iradə, dövlətçilik təcrübəsi tələb olunurdu. Ulu Öndər Heydər Əliyev bu xüsusiyyətləri özündə ehtiva edən tarixi şəxsiyyət kimi, belə ağır işin öhdəsindən məharətlə gəldi. Heydər Əliyev azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə dilindən, dinindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi Vətən naminə həmrəyliyə dəvət etdi Azərbaycan xalqı inamla öz Liderinin arxasınca getdi.

Ümummilli Lider Azərbaycan əhalisinin çoxmillətli çoxdinli tərkibini xalqımızın sərvəti, üstünlüyü hesab edir, onu qiymətləndirməyi qorumağı tövsiyyə edirdi: "Dövlət, ölkə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə sivilizasiyasına öz töhfəsini verir".

"Kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər" tezisini irəli sürən azərbaycançılıq məfkurəsini dövlət ideologiyası məqamına yüksəldən Ulu Öndərin çiyinlərinə bu müqəddəs amal uğrunda mübarizənin çox ağır yükü düşmüşdü. Azərbaycan xalqının Heydər Əliyevə verdiyi böyük dəstək sayəsində çirkin təxribatların sonu uğursuzluqla nəticələndi, etnik dini durumun tənzimlənməsi sahəsində mövcud olan nöqsanlar aradan qaldırıldı, ölkəmizdə yaşayan bütün xalqların dinlərin nümayəndələri arasında qarşılıqlı etimad, anlaşma dostluq münasibətləri qorunaraq daha da möhkəmləndirildi. Ümummilli Lider ölkədə vətəndaş həmrəyliyinin, cəmiyyətdə vəhdətin qurulmasına nail oldu

Prezident Administrasiyasının rəhbəri, görkəmli akademik Ramiz Mehdiyev Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası barədə özünün  9 noyabr 2007-ci il tarixdə mətbuatda dərc olunan ""Azərbaycançılıq" milli ideologiyanın kamil nümunəsi" adlı məqaləsində geniş şərh edərək bildirir ki, azərbaycançılıq ideyası 1992-1993- illərdə xüsusilə geniş yayılan şovinist separatçılıq əhvali-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlib. Akademik qeyd edir ki, yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənib, təzə, məzmunlu elementlərlə dolğunlaşıb: "Düşünürük ki, indi "Azərbaycançılıq" artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər".

Məlumdur ki, azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindən birini multikulturalizm təşkil edir. Multikulturalizm cəmiyyətdə mövcud olan etnik, irqi, dini mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti - etnik-mədəni müxtəlifliklərin qorunmasını özündə əks edir. Azərbaycançılıq ideologiyasının əsasında həm vətəndaş həmrəyliyi ictimai birliyə nail olmaq məqsədilə etnik-mədəni, dini müxtəlifliyin qorunması multikultural dəyərlərin inkişafı üçün münbit şəraitin yaradılması prinsipi durur. Şovinizm, irqi, etnik dini ayrı-seçkilik, separatçılıq, diskriminasiya kimi anlayışlar azərbaycançılıq ideologiyasına ziddir yaddır .

 Paralelin
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.33553910255432