ABŞ gəmiləri İranı mühasirəyə aldı: F-35, “Tomahavk”...

ABŞ Fars körfəzi və onun yaxınlığında minimum 7 hərbi gəmisini yerləşdirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Hərbi Dəniz İnstitutunun “USNİ News” portalı yayıb. Portal bu gəmilərin “Avraam Linkoln” təyyarədaşıyan gəmisinin rəhbərliyi altında olduğunu bildirib.

Məlumata görə, Fars körfəzinə ABŞ-ın idarəolunan raketlərlə təchiz edilmiş iki esmines – “MakFaul” və “Qonzalez” daxil olublar. Onların hər birində 90-a yaxın” Tomahavk” və digər raketlərin yerləşdirilə biləcəyi vurğulanıb.

Bundan başqa, BƏƏ sahillərində “Kearsarge” universal gəmisinin qərarlaşdığı bildirilib. Onun göyərtəsində 20-30 təyyarə və helikopterin yerləşdiyi qeyd edilib. Gəmidə F-35B təyyarələrinin ola biləcəyi vurğulanıb.

“Avraam Linkoln” gəmisi isə özünə Oman sahillərində yer edib. Onunla bərabər burada “Leyte Qalf” raket kreyseri, “Bainbric” esminesinin yerləşdiyi bildirilib.

0.37009811401367