Azərbaycanın “Tac Mahalı” təmir olunur - FOTO

Azərbaycanın “Tac Mahalı” təmir olunur - FOTO

Qusar rayon mərkəzindən 17 kilometr uzaqlıqda yerləşən Hil kəndində ölkə əhəmiyyətli memarlıq abidələri siyahısında olan qədim məscidin təmirinə başlanılıb.

milletinsesi.info-ın bölgə müxbirinin verdiyi xəbərə görə, bu məscidi kənd sakinləri və gələn qonaqlar xarici görünüşünə görə Hindistanın Dehli şəhərindəki məşhur Tac Mahala bənzədirlər. Tac Mahalı xatırladan iki mərtəbəli tikili 1912-ci ildə istifadəyə verilib. Bir əsrdən çox yaşı olan abidə uzun illərdir yararsız vəziyyətdə idi.

Hazırda binanın çöl divarları yenidən suvanır, qapı və pəncərələri yenilənir.

İş icraçısı Rizvan Abdullayev bildirir ki, təmir işləri zamanı məscidin əvvəlki görünüşü tamamilə qorunub saxlanılacaq. Məscidin bünövrəsində çay daşlarından, qalan hissələrində isə yerli tikinti materiallarından istifadə olunub. Tikilinin daxili divarları gözəl ornamentlərlə bəzədilib. Məscidin ikinci mərtəbəsi qadınların ibadət etməsi üçün nəzərdə tutulub.

Təmir işləri RİH-i və əslən Hil kənd sakini olan, xeyriyəçi Kərim İlyasov tərəfdən həyata keçirilir.

Qeyd edək ki, Qusarın ən böyük kəndlərindən sayılan Hil kəndi 1960-cı illərə qədər rayon mərkəzi olub.

Tehran ORUCOĞLU

0.076740980148315