Prezident 90 yaşlı Xalq artistini təltif etdi

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Roza İsmayıl qızı Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib.

Ona bu orden Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə verilib.

Məlumat üçün bildirək ki, Xalq artisti, xoreoqraf-baletmeyster Roza Cəlilova 1929-cu il mayın 17-də doğulub. Sabah onun 90 yaşı tamam olacaq.

R.Cəlilova prezident təqaüdçüsüdür.

0.062405109405518