Avropanı Trampdan qorumaq lazımdır – Timmermans

Avropa gərək Rusiya və ABŞ-dan olan diktələrdən qaça bilsin.

Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbərliyinə namizəd Frans Timmermans deyib. Onun sözlərinə görə, AB ölkələri birlikdə kifayət qədər güclüdürlər.

O, AB-nin bir olmasına bəzi liderlərin mane olduğunu deyib.

Timmermans bu şəxslərin AB-ni zəiflədib, parçalatmaq istəyən Putindən və Trampdan müəyyən xahişlər etdiklərini söyləyib:

“Dünya tarixində ilk dəfədir ki, ABŞ prezidenti zəif və parçalanmış Avropa görmək istəyir. İtaliya Baş nazirinin müavini Matteo Salvini, Avstriyanın vitse-kansleri Haynts Kristian Ştraxe kimi Putini ən yaxşı dost görənlər Avropanın maraqlarına uyğun hərəkət etmirlər. Bunu onlara da anlatmaq lazımdır”.

0.65576386451721