Azərbaycanda boşanma tendensiyası hər il artmaqdadır...

Azərbaycanda boşanma tendensiyası hər il artmaqdadır...

Ailənin qurulması özü-özlüyündə həm mənən bağlı olan insanların bir-birinə dəstək verərək yeni nəsil yetişdirilməsi kimi xarakterizə edilən bir prosesdir.
Azərbaycan dilindəailədedikdə, məhz bu prinsipləri özündə ehtiva edən fikir nəzərdə tutulur. Cəmiyyət, ya da sosium dediyimiz sosial müstəvi ailənin mahiyyətinin funksionallığının fərqli ifadə olunmasına səbəb olur. Belə ki, əgər ailəni yalnız qohumluq əlaqəsi olan, bir-birinin qarşısında məsuliyyət daşıyan ümumi büdcəyə malik bir qrup kimi təsvir etsək, onda iqtisadi maraqları olan korporativ təsisatlar da ailə sayılmalıdır. Əgər birgə cinsi həyat sürən iki insanı da ailə kimi tərif etsək, gərəkdir ki, ailəni sırf ehtirası təmin edən, ehtirasın zəifləməsi ilə dağılmalı olan bir institut kimi qələmə vermək mümkündür. “Ailə bir dövlətdir, dövlət ailədeyimi bu iki məfhumun bir-birindən asılı bir-birinə oxşar olduğunu gözəl tərzdə ifadə edir.

Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004- ildən başlayıb. Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2010-cu ildə ölkəmizdə 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013- ildə 11730, 2014- ildə 12 088, 2015-ci ildə 12 764 boşanma qeydə alınıb. Hər bir ailə kiçik dövlətdir. Deməli, hər kiçik dövlətin öz qanunları var. Təhsil, tərbiyə, əxlaq, mənəvi məsələlər, ailə dəyərlərinin qorunmaması, adət-ənənələrin itirilməsi, ailə qurarkən riskin düzgün qiymətləndirilməməsi, evlilik yaşının cavanlaşması, məqsədli izdivaclar, şan-şöhrət axtarışı, “yoxdeyə bilməmək bacarıqsızlığı sonda ailələrin dağılmasına gətirib çıxarır. Bir neçə gün əvvəl İmişlidə baş verən hadisəylə bağlı fikir bildirmək istəyirəm. Gəlin toy günü qoşulub başqa bir insanla getdi. Ola bilər ki, güclü məhəbbət olsun. Amma görün mənəvi məsələlər dərəcədə aşağıdır ki, o qız öz valideynlərini düşünmədən hərəkət edib. O qız hər iki tərəfin toya hazırlığı, mərasim üçün sərf edilən vəsaiti, əziyyəti nəzərə alıbmı? Bu cür hallarda hisslərlə yox, ağılla hərəkət etmək lazımdır. Mənəvi dəyərlər dəyişib, ağsaqqala-ağbirçəyə olan hörmət dəyişib, ata-anaya olan məhəbbət, qayğı dəyişib. Bu gün valideynlərini düşünmədən addım atan bir qız, gələcəkdə nəyi düşünəcək, övladına hansı tərbiyəni aşılayacaq? Boşananların böyük əksəriyyəti təhsilsiz, yaxud orta savadlı insanlardır. Bir insan savadlı, təhsillidirsə, o, bütün addımlarını düşünərək atacaq. 6 aydır ailə quranın boşanma səbəbinə baxın: “Ərim mənə yaxşı baxmır, istədiklərimi almır”, “qayınanam yola vermir”, “maddi vəziyyət yaxşı deyil”, istədiyim kimi gəzə bilmirəm s. Soruşanda ki, özün nələrə sahibsən, hansı təhsilə yiyələnmisən? Susur. Təsəvvür edin, belə adamlar təhsilli, imkanlı insanla ailə qursa necə olacaq? Axı seçimi özün etmisən. İmkansız, təhsilsiz bir insanı özün seçib ailə qurmusan. Eşq, məhəbbət bir həftə, bəs sonra? Axı nəsə yemək, geyinmək, bunun üçün qazanmaq lazımdır. Bizim gənclərimizin bir çoxu dözümsüz bacarıqsızdırlar, çıxış yolu tapmaq iqtidarında deyillər. Doğrudur, bir çox ailələrdə qızların ərə verilməsi məcburi qaydada olur, amma qızlar da var ki, özləri tez ailə qurmağa can atır. Mənim fikrimcə, burada internetin, Facebook sosial şəbəkəsinin mənfi rolu üstünlük təşkil edir. Qəbula gələn boşanmışlardan, yaxud ailəsində problem yaşayanlardan demək olar əksəriyyəti Facebook-da tanış olduğunu deyir. Axı sosial şəbəkədə 2-3 dəfə danışmaqla insanın xarakterinə, xasiyyətinə bələd olmaq mümkün deyil. Çox vaxt valideynlər bu məsələyə biganə yanaşır. Fikirləşirlər ki, ailədə olan uşaqlardan heç olmasa biri ərə getsin onların yükü azalsın. Sən övladı böyütməmisən ki, çox asanlıqla onu başından edəsən. Bu, bəlkə ailələrin maddi, sosial vəziyyətindən asılıdır, amma çox vaxt təhsilsizlikdən, düşüncə tərzinin dayaz olmasından irəli gəlir. Elələri var bir aydan sonra səhv insan seçdiyinin fərqinə varır. Mən hesab edirəm ki, tələsib 1 ay tez ailə qurmaqdansa, 1 ay gözləyib doğru seçim etmək daha doğru olardı. Əvvəllər bizdə gənclər ailə qurmağa hazırlaşanda qarşı tərəfin kökünü-nəslini öyrənərdi, nənəsi-babası kimdir, nüfuzları, hörmətləri hansı səviyyədədir. İndi bu kimi məsələlərə baxan yoxdur. Gənclər ailə qururlar heç onların ağsaqqallarının, ağbirçəklərinin xəbəri olmur, çox vaxt toya da çağırmırlar. Bu baxımdan insanlar sanki qərar verməyə tələsirlər. Bir az qınaq, məsuliyyət, utanmaq yoxdur. İndi hər şey o qədər bəsitləşib ki, gənclər düşünür ki, evlənim, alınmaz, ayrılaram. Bəzi gənclər işsiz- gücsüzdür, amma ailə qurur, düşünmür ki, sabah övladı olanda onu necə saxlayacaq. Məhkəmələrdə işlərin çoxu boşanmalar, aliment çəkişməsidir. İşləməyən insandan aliment alacaqsan axı?. Bir çox gənclərin məsələləri əvvəlcədən təhlil etmək bacarığı yoxdur. Ona görə ailələr belə problemlərlə üzləşir. Mən düşünürəm ki, ailə qurarkən boşanma zamanı tərəflərə verilən 1 ay müddəti artırılmalıdır. Baxırsan, ayrılan cütlük müəyyən müddətdən sonra yenidən birləşir. Mən təklif edirəm ki, burada VVAQ şöbələrində gənclərin problemlərini araşdırmaq üçün müxtəlif nümayəndələr, təcrübəli insanlardan ibarət komissiya yaradılsın. Onlar həm nikah, həm boşanma işlərində gənclərə dəstək olsunlar, yol göstərsinlər. Yaxud nikaha daxil olmağa hazırlaşan gəncləri ailə həyatına hazırlasınlar. Yəni gənclər öz səhvlərini dərk edərlər. Hesab edirəm ki, elə qurumlar, institutlar olmalıdır ki, ailə quranlardan sorğu etsinlər, hansı səbəbdən ailə qurmaq istədiklərini öyrənsinlər s. İki gənc ailə qurmağa hazırlaşır, amma heç biri işləmir. Bunu onlara başa salmaq lazımdır ki, ailə qurandan sonra necə dolanacaqsız? Necə ki, bəziləri tibbi müayinədən keçəndən sonra ailə qurmaq istəmir, eləcə bu kimi məsələlərə baxılmalıdır. Bizim gənclər bəzən elə tələsirlər ki, ailə qurmağa, onları anlamıram. Mən düşünürəm ki gənc ailələrimizin dağılmasının qarşısını almaq üçün həyəcan təbili çalmalıyıq, bu cür qurumların yaradılmasına çox böyük ehtiyac var. Boşanmanın səbəbləri kimi çox vaxt maddi vəziyyət, ya da insanların xarakter uyğunsuzluğu ya kənar müdaxilələr göstərilir. Lakin praktikadan görünür ki, dağılan bir çox ailələrin pul, maddi vəziyyətlə problemləri olub. Bəs onların ayrılığına səbəb nədir? Cəmiyyətdə normal sağlam ailənin olması üçün tərəflər arasında mütləq kompromis olmalıdır. Əgər qarşılıqlı anlam yoxdursa, onda hər şey uçuruma gətirib çıxarır. İlk növbədə ortaya çıxan faktorlardan biri ərlə arvad arasında intim uyğunsuzluqdur. Növbəti amil kənar müdaxilələrdir. Üçüncü yerdə maddi durum gəlir. İndi ailə təkcə sevgi ilə qurulmur, həm bir çoxları ailəsinin təkcə sevgi ilə qoruya biləcəyinə arxalana bilmir. Maddi sıxıntı sonda böyük münaqişələrə gətirib çıxarır. Bir çox hallarda şəxsi münaqişələr ailələrin dağılmasında həlledici təsirə malik olur. Öncə qeyd edildiyi kimi, ilkin sevgi hissinin itirilməsi, həyata fərqli baxışlar, kobudluq, qısqanclıq, şübhələr, inamsızlıq zəminində yaranan şəxsi ziddiyyətlər ailə həyatına olduqca mənfi təsir göstərir. Kobudluq, saymamazlıq hörmətsizlik sadalanan amillər sırasında aparıcı yer tutur. bu amillər nəticədə ailədə qarşılıqlı laqeydliyə, yadlaşmaya gətirib çıxarır. Qadınlar, adətən, həyat yoldaşları ailəyə soyuq yanaşdıqda, içkiyə qurşandıqda, narkotik vasitələrə aludə olduqda, bu ya digər səbəblərdən ailə məsuliyyətini daşımaq iqtidarında olmadıqda boşanmaya əl atırlar. Belə hallarda qadının ailədə zorakılığa məruz qalması, şəxsi ləyaqət hissinin tərəf müqabili tərəfindən alçaldılması onu bu addımı atmağa vadar edir. Kişilərin qadınların kobud məsuliyyətsiz davranışına münasibəti isə tamam fərqli məzmuna malikdir. Hər bir kişi bunu özünə qarşı olan hörmətsizlik, inamsızlıq, saymamazlıq kimi dəyərləndirir. Burada xarakterlərin toqquşması amili özünəməxsus rol oynayır. Bu amil kişilər üçün daha böyük əhəmiyyət kəsb edir.. Çünki, xarakterlərindən asılı olmayaraq, ailədə tərəf müqabilinin onunla hesablaşması hər bir kişi üçün başlıca şərtdir. Ailənin dağılmasına təsir edən xarici amillərə gəldikdə, burada xəyanət, tərəf müqabillərindən birinin həyat yoldaşına emosional-hissi münasibətinin dəyişməsi ya yeni ailə qurmaq təşəbbüsü, valideynlərin, bir sıra kənar şəxslərin ailə həyatına müdaxilə etməsi xüsusi yer tutur. Bir qayda olaraq, tərəf müqabillərindən birinin öz həyat yoldaşına xəyanət etməsi onların münasibətlərində olan natamamlığı, gizli yadlaşma meylini aşkara çıxarır. Psixoloqlar xəyanətin laqeydlik, inciklik peşmançılıq hissini qüvvətləndirdiyini xüsusi vurğulayırlar. Ailədə xəyanətə uğrayanlar gec-tez bundan xəbər tuturlar bu zaman dərin emosional-psixoloji sarsıntı keçirirlər. İstər qadının, istərsə kişinin xəyanəti ailədə dərin böhrana, qarşılıqlı inam hissinin itməsinə, ailənin dağılmaq təhlükəsi ilə üz-üzə qalmasına səbəb olur. Bütövlükdə valideynlərin gənclərin ailə həyatına bəzən kobud müdaxiləsi çox zaman mənfi fəsadlarla müşayiət olunur. Bu müdaxilə mənfi kənar təsirlə tamamlandıqda ailələrin mövcudluğu təhlükə qarşısında qalır. Bəzən gənc ailələrin ayaq tutub yeriyə bilməməsinin, başqa sözlə, həyatın ilkin sınaqlarından çıxmamasının günahkarı məhz valideynlər olur. Şəxsi ailə həyatının pozulmasına ayrı-ayrı insanların münasibəti fərqli olur. Hər kəs bu böhranı özünəməxsus şəkildə yaşayır. Ailə həyatı ilə bağlı ümidlərin puç olması, həyat yoldaşında onun arzulamadığı, dözülməz hesab etdiyi bir çox keyfiyyətlərin ortaya çıxması hər kəs üçün ağırdır. Bu zaman insanın üzləşdiyi ruhi-mənəvi böhran, sanki onun həyatını dondurur. Ailədə yaranan böhran nəticəsində özünü yalqız kimsəsiz hiss edən insan böyük ümidsizliyə qapılır, gərginlik, yorğunluq, özünə, yaxın ətrafa, əməyə qarşı biganəlik bir müddət onun həyat tərzinə çevrilir.

 Vəkil Rövşən Qasımov

0.061888933181763