Sabunçuda “Niva” qəzaya uğrayıb, 3 yaralı var

Sabunçu rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-qəzası baş verib. 
 
paralel.az xəbər verir ki, “Niva” markalı minik avtomobili hərəkətdə olarkən onunla arxadan gələn maşın toqquşub. 
 
Nəticədə “Niva”-nın sürücüsü 1963-cü il təvəllüdlü Mehrac Məmmədov, sərnişinlər 1956-cı il təvəllüdlü Nəbi Məmmədov və 1964-cü il təvəllüdlü Arif Əfəndiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. 
 
N. Məmmədova almacıq sümüyünün, A. Əfəndiyevə isə bazu sümüyünün sınığı diaqnozu qoyulub. 
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 
 
Kamil Əmirli, Elşad Mətləboğlu
0.065819025039673