Xoşbəxtlik deyiləndə...

O qapının astanasındayıq!

 Dünyanın ən xoşbəxt ölkəsində , xoşbəxtliyin limiti var. Çünki onun mahiyyətini anlamaq üçün verilən tərifdə xoşbəxtliyin nisbi xarakter daşıması zaman-zaman vurğulanır. Elə dünyanın ən maraqlı tərəfi odur - bəzi nəsnələrin tam deyil, nisbi məna daşıması. Vacib olanlarda tamlığa, bütövlüyə ehtiyac var ki, bu barədə bəhs edəcəyik.

Deməli, keçən il olduğu kimi, bu il Finlandiya dünyanın ən xoşbəxt ölkəsi seçilib. BTN-nin reytinqi finlandiyalıların xoşbəxt olduğu qənaətini ortaya qoyub. Özü dünyanın yüzdən çox ölkəsində altı əsas parametr əsasında bu qənaətə gəlinib. Bu parametrlər isə adambaşına düşən ümumdaxili məhsul, gözlənilən ömür uzunluğu, sosial dəstək, azadlıq, korrupsiya səxavətlilik səviyyəsini əhatə edir. Sözügedən parametrlərə müsbət çalarlarını qatan Finlandiya da 7,769 indeksiylə reytinqin ilk pilləsində qərarlaşıb.

Doğrudur, ilk beşlikdə Danimarka, Norveç, İslandiya, Niderland da var. yaxud, İsveçrə, İsveç, Yeni Zelandiya, Kanada Avstriyanın daxil olduğu ilk onluqdan da bəhs etmək yerinə düşər. Amma bizim əcnəbilərlə işimiz?! İşimiz-gücümüz gözəlim Azərbaycanladır ki, onun doğrudan da, həqiqi hərfi mənada, hər cür məcazlardan kənar, gözəlliyinin var olmasını istəyənlərin sırasındayıq.

Bu gözəlliklərsə, sanıram ki, daxildən boy verməlidir. Ki, vizual görüntüdə öz əksini tapsın. Doğrudur, ölkəmizin gün-gündən gözəlləşdiyinin, inkişafının olduğunu deyənlər tapılacaq. Bunu danmırıq da, yəni ölkəmizin həm gözəlləşdirilməsinin, həm bunu deyənlərin var olduğunu. Amma vacib olan, heç kimə sirr olmayan, insan faktoru, onun sosial-iqtisadi, maddi-mənəvi rahatlığıdır ki, bu nisbi xoşbəxtliyə hələlik tam şəkildə çata bilməmişik... Niyəsini təkrarçılıq olsa da, vətəndaş məsuliyyətindən dolayı, deməliyəm.

Maraqlıdır, bizim təhsil sistemimiz əksər əcnəbi, hətta Avropa ölkələrindən mürəkkəb olmasına, şagirdlərimizi çalışmaqdan bircə anlıq da olsa boş oturmağa imkan verməməsinə baxmayaraq, problemlərlə baş-başadır. İllərdir yerində sayan problemləri həll edə bilmirik, əlavə heç yoxdur, köhnələr ildən-ilə, üst-üstə yığılaraq dağ kimi adamın üstünə gəlir. Orta məktəblərin bitib-tükənməyən qayğıları ilə, valideynlərin xroniki baş ağrısına çevrilən məsələlərlə bağlı danışıqlar, söhbətlər, müzakirələr, tənqidlər, hətta qeybətlər əlaqədar qurumlardan savayı, hamının diqqətindədir. Əlaqədar qurumdan isə bu qədər yazdıqlarımıza, danışdıqlarımıza, yazılanlara, danışılanlara tutarlı bir cavab, arqument yoxdur. Yoxa çıxanların içində Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbərliyi təmsil olunur ki, ona istənilən məsələylə bağlı yazılı, şifahi müraciətimizə cavab ala bilmirik. Hamının, kimliyindən asılı olmayaraq, hər bir ölkə vətəndaşıının nazirliyin əməkdaşından, yaxud da, “qaynar xəttindən təhsillə bağlı istənilən sualına cavab almaq hüququ var. Bu hüquq bəndələriniz tərəfindən keçərlidir. Amma hər bir halda, məsələyə Təhsil Nazirliyinin yeganə cavabı var - susmaqla. Mətbuat xidməti rəhbərinin mobil telefonunun nazirliyinqaynar xəttinin zənglərini dinləmək illərdir peşə fəaliyyətimizə daxildir.

Təhsillə bağlı adi, ya, mürəkkəb, hətta elementar bir sualımıza cavab ala bilmiriksə, bütövlükdə təhsillə bağlı məsələlərdə Finlandiya ilə ayaqlaşa bilərikmi?! Cavabın mənfi olacağını elə sözügedən qurumun vətəndaşlarla, mətbuatla münasibətindən görmək olar...

Reytinqdə adı keçən korrupsiya elementinə gəlincə, bu barədə danışmağına dəyməz. O mənada yox ki, ölkəmizdə rüşvətə korrupsiyaya yer yoxdur. O mənada ki, bizdə rüşvətsiz korrupsiyasız heç yoxdur. İstənilən sahəni araşdırsaq, ordan korrupsiya rüşvət əməlləri çıxacaq. Belə olmasaydı, vergi ödəmələrində, sosial ayırmalarda sözügedən təyinatlı məsələlərdə hesabatlılığın səviyyəsi ürəkaçan olardı, kəsirli olmazdı. Qara mühasibatlığın at oynatdığı, rüşvətin meydan suladığı bir cəmiyyəti təsəvvürümüzə gətirmək istəyiriksə, uzağa getməyək, zatən onun iştirakçıları, müşahidəçiləri, tamaşaçılarıyıq. Sadəcə, bir misal: “şirinlik”, “cibxərcliyi”, “çaypulu”, hətta qanpulu bu kimi ifadələrin müəllifinin başqası olmasına imkan verərikmi?!

Şirinliklər bizimlə bərabərdünyaya gəlir”, doğum evindən orta məktəbəcən, ordan da müstəqil həyata vəsiqə alır. Çətin işimzi asan eləməyə açar sandığımızcibxərcliklərlə rüşvətin, ondan sonra da korrupsiyanın bünövrəsini qoyuruq. Yaşı çatmayanların nikahına rüşvətlənail oluruq”, bu ilk yalanla onların evlilik həyatınamübarəkdir!” deyirik. Azyaşlıların rüşvətlə satın aldığımız nikahından nədən xəstə, anormal övladların dünyaya gəlməsinin günahını da özümüzdə axtarmırıq. “Xoşbəxt olun!” deyimini qorxusuz-ürküsüz, ürəklə, zamanında demək olarsa, cəmiyyəti hər dürlü mərəzlərdən təmizləmək mümkündürsə, niyə rüşvətlə gələcəyimizə, genefondumuza qənim kəsilirik, özümüzə, ömrümüzə balta çalırıq?!

İstərdiq yazdıqlarımız, danışdıqlarımız, müzakirələrimiz yuxarıda qeyd edilən, xoşbəxtlik reytinqinin parametrlərindən biri sayılan səmərəlilik anlayışının həqiqi mənasını özündə təcəssüm etdirsin. Amma yox. Bu xoşbəxtlikdən bizi məhrum etdilər - bölgələrin yol təsərrüfatına ayrılan milyonlarla dövlət vəsaitinin əsaslı hissəsini mənimsəməklə, çəkilən yeni yolları az keçmədən çökdürdülər. Yollarımızı ayırdılar özlərindən. Həmin yolların ölkə vətəndaşına xidmət etməli olduğunu, məhz bu məsuliyyətin onlara verilməsini yada salmadılar. Ona görə dövlətin ayırdığı, məbləği milyardlarla ölçülərin vəsaitin qarşılığında, elə bir yandan yollar, körpülər sınır, dağılır, sıradan çıxır... O zaman istəsək belə, dünyanın xoşbəxt ölkələrinin siyahısına düşmək şansını səmərəsiz fəaliyyətlə qaçırmışıq.

Bəli, azadlıq gözəl nemətdir. yazıq ki, cəmiyyətimizdə istənilən sahədə rüşvət korrupsionerlərə meydan, məsuliyyətsizlərə imkan vermək azadlığı qazandırmışıq. Reytinqin bu parametrini da adına uyğun qazanmağa gecikmişik...

Xoşbəxt olmaq üçün tələb olunan, reytinqdə adı keçən sosial dəstəyin müəyyən çalarlarını bir müddətdir ki, müşahidə etməkdəyik. Bu da pensiya təqaüdlərin, müavinətlərin bəlli bir həddə artırılması, aztəminatlı ailələrə, şəhid veteran ailələrinə, əlillərə digər kateqoriyadan olan insanlara mənzillərin, avtomobillərin verilməsidir. Doğrudur, bu müsbət tendensiyalarla bahəm, yerlərinin açılması, ölkədə bir nəfərin işsiz statusunda qalmaması məsələsinin həlli hamının ürəyincə olardı. Sosial dəstək kimliyindən asılı olmayaraq, hamını birləşdirən əsas məqamdır axı...

Xoşbəxt adlanmaq üçün reytinqin parametrlərindən hesab olunan gözlənilən ömür uzunluğundan isə, danışmaq istəmirəm. Yuxarıda bəhs etdiklərimin yarı faizini müsbət istiqamətdə həll edə bilsək, ömrümüz uzanar. Ola bilsin, bundan sonra, yüzlərlə ölkənin sıralandığı siyahıda hansısa parametrə görə, biz xoşbəxt adlana bilərik.

Bəlkə onun astanasındayıq, özümüzdə qüvvə tapıb, problemləri həll, mənfilikləri məhv edib ayağımızı içəri qoya bilərik. Bir ki, öz millətim millətlərin hamısından yaxşıdırsa, bu xoşbəxtliyi nədən ona rəva görməməliyik? Özü çətin, ağır, əbədi deyil, az, məhdud nisbi olanı. Prinsipcə, işin ən yünğül olanını...

 Nigar Orucova  

0.064014911651611