Bu cür müsabiqələr gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verir

Ən yaxşı təqdimatmüsabiqəsinin qalibləri mükafatlandırılıb

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96- ildönümü münasibətilə təşkil olunmuşƏn yaxşı təqdimatmüsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Ən yaxşı təqdimat-sabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, digər dövlət rəsmiləri, deputatlar, təhsil müəssisələrinin, media qurumlarının rəhbərləri, təhsil ekspertləri, müəllim şagirdlər iştirak edib.

Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyev təhsilin inkişafına daim böyük diqqət qayğı göstərib, təhsilin inkişafı hər zaman Ulu Öndərin genişmiqyaslı fəaliyyətində prioritet sahə kimi mühüm yer tutub. Ümummilli Lider tərəfindən əsası qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən nazir, bu sahədə əhəmiyyətli işlərin görüldüyünü vurğulayıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının icrası istiqamətində əldə edilmiş nailiyyətləri diqqətə çatdıran Ceyhun Bayramov qarşıda mühüm hədəflərin dayandığını da əlavə edib.

Bildirib ki, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, məktəbəqədər təhsillə əhatəlilik səviyyəsinin 90 faizə çatdırılması, ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

Ceyhun Bayramov qeyd edib ki, dövlət başçısı tərəfindən həyata keçirilən ardıcıl siyasət nəticəsində ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrlar hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunub.

Təhsilin məzmununun gələcəyin çağırışlarına cavab verməsi innovativ inkişafın təmin edilməsi baxımından yenilənməsinin -hüm prioritetlərdən olduğunu deyən nazirin sözlərinə görə, ümumi təhsildə təmayülləşmə istiqamətlərinin artırılması, növbəti tədris ilində 20 məktəbdə peşəyönümü təmayüllü siniflərin açılması hədəf kimi müəy-yən edilib. Ceyhun Bayramov ümumi təhsil müəssisələrində mənəvi-psixoloji mühitin yaxşılaşdırılmasının, tərbiyə işinin səmərəli təşkilinin, məktəb-ailə münasibətlərinin düzgün qurulmasının ən vacib məsələlərdən olduğunu deyib.

Təhsil naziri bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli ömür yolunun fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi məqsədilə keçirilən kütləvi mühüm tədbirlərdən biri olduğunu vurğulayıb, müsabiqənin qaliblərini təbrik edərək onlara uğurlar arzulayıb.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu gün ölkədə təhsilin inkişafına əhəmiyyətli yer verilməsi, bu sahədə genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanın uğurlu gələcəyinin təminatına xidmət göstərir.

Ən yaxşı təqdimatmüsabiqəsinin əhəmiyyətini qeyd edən Əli Əhmədov Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı dövləti üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb. Qeyd edib ki, bu müsabiqə Ulu öndər Heydər Əliyevin zəngin irsinin mənimsənilməsi, gənclərin dövlətçilik məfkurəsinin formalaşması baxımından əhəmiyyətli rol oynayır.

Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək bu cür müsabiqələrin gənclərin bilik bacarıqlarının artırılmasına töhfə verdiyini bildirib. O, müsabiqə iştirakçılarının Komitə tərəfindən mükafatlandırılacağını deyib.

Nəqliyyat, rabitə yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ənənəyə çevrilən bu müsabiqənin gənclərin milli-mənəvi ümumbəşəri dəyərlərə hörmətlə yanaşmasında xüsusi rol oynadığını qeyd edib. Elmir Vəlizadə ölkəmizdə gənclərin inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Mərasimdə müsabiqə qaliblərinin təqdimatlarından ibarət qısa videoçarx nümayiş olunub. Videoçarx Təhsil televiziyası tərəfindən hazırlanıb.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib.

Ən yaxşı təqdimatmüsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər birinci, 11 nəfər ikinci, 18 nəfər üçüncü dərəcəli diplomla, 27 nəfər isə tərifnamə ilə təltif olunub.

Qaliblərə diplomlar qiymətli hədiyyələr təqdim edilib. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

 

 

Tahir Abbaslı

0.064627170562744