Azərbaycan dünyanın 5 ən tolerant ölkəsi siyahısındadır və dini tolerantlığın nümunəsi sayılır

BBMM dünyada multikulturalizmin təbliğatçısı funksiyasını daşıyan, aparıcı qurum statusunu qazanıb

 Son 10 ildə Azərbaycanın multikulturalizm modelinin dünyada daha geniş şəkildə təbliği təşviqi istiqamətində atılan mühüm addımlardan biri , Azərbaycan Respublikası Prezidentinin 2014- il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılmasıdır. Həmin tarixdən artıq 5 il keçir. Bu beş ildə BBMM dünya ictimaiyyəti tərəfindən təqdir edilən, multikulturalizmin təbliğatçısı funksiyasını daşıyan, aparıcı bir qurum statusunu qazana bilib. Ölkəmizdə ölkəmizdən çox-çox uzaqlarda da, BBMM tərəfindən həyata keçirilən bütün layihələr böyük maraqla qarşılanır.

Bütün bunları nəzərə alaraq mayın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan multikulturalizminin banisi umummilli lider Heydər Əliyevin anadan olmasının 96- ildönümünə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılmasının 5 illiyinə həsr edilən geniş tədbir keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Leyla xanım Əliyeva da iştirak edib.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsiylə başlayıb.

 BBMM-in icraçı direktoru Rəvan Həsənov tədbirin açılış mərasimində çıxış edərək bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2014- il 15 may tarixli Fərmanı ilə yaradılıb. Azərbaycanın multikulturalizm modelinin siyasi banisi , məhz Ulu Öndər Heydər Əliyevdir. R. Həsənov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti olmasaydı, bu gün Azərbaycanda xalqlararası dostluqdan, mədəniyyətlərarası, dinlərarası dialoqdan, dövlət-din münasibətlərindən yəqin ki, danışmaq çox çətin olardı. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən qlobal müstəvidə həyata keçirilir bütün sivil cəmiyyətlər tərəfindən nümunə kimi qəbul olunur.

Bu da xüsusi qeyd olunmalıdır ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti, BBMM-in Himayəçilik Şurasının üzvü Leyla xanım Əliyevanın təşəbbüsü dəstəyi ilə xarici ölkələrdə həyata keçirilən silsilə tədbirlər ölkəmizin multikulturalizm modelinin, Azərbaycandakı tolerantlıq mühitinin təbliğ olunmasında müstəsna rol oynayır respublikamızın nüfuzunun artmasına xidmət edir. BBMM-in yaradılmasında əsas məqsəd ondan ibarət idi ki, Azərbaycanın sahib olduğu multikulturalizm dəyərləri, mədəniyyətlər, xalqlar dinlərarası dostluq əməkdaşlıq münasibətləri bütün dünyada təbliğ olunsun. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dünyada multikulturalizm ünvanlarından biri kimi tanınır. Bu, dövlətimizin başçısının siyasətidir. BBMM bu siyasətə öz töhfəsini verir qarşıya qoyduğu məqsədlərə çatmaq üçün bütün qüvvəsi ilə çalışır. Tədbirdə BBMM-in 5 illik fəaliyyətini əks etdirən videoçarxın nümayiş olunması iştirakçıların böyük marağına səbəb olub.

Videoçarxın nümayişindən sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla BBMM-in ötən 5 il ərzində gördüyü işlərdən danışıb. O qeyd edib ki, multikulturalizmin mənəvi, qürurverici istiqamətini Prezident İlham Əliyev müəyyən edib. Dövlətimizin başçısı 5 il bundan əvvəl deyib ki, Azərbaycan xalqının qanındakı multikulturalizm əhval-ruhiyyəsini bütün dünya daha yaxşı bilməlidir.

Akademik Kamal Abdulla bildirib ki, Azərbaycanda müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayırlar Azərbaycan Prezidenti İlham Əliyev sübut etdi ki, multikulturalizmin şərəfli nikbin bir qütbü var: "BBMM yarananda dövlətimizin başçısı qarşıya vəzifə qoymuşdu ki, Azərbaycan multikulturalizm hərəkatı bütün dünyanın nəzərinə çatdırılsın. Hesab edirəm ki, BBMM bu vəzifənin öhdəsindən gəldi. Dünyanın 20- yaxın universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunur, dərsliklər çap edilir. Bu fənni keçən gənclər qış yay məktəblərində iştirak edirlər".

Daha sonra çıxış edən  Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, BBMM müasir dövrdə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan bir qurumdur öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilir.

Bu da danılmaz faktdır ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir xalqımızın yaşam tərzidir. Bu siyasətin əsasında ölkənin etnik, dini, dil, mədəni müxtəlifliyinin qorunması durur. Bu siyasət ölkədəki inteqrasiya siyasətini möhkəmləndirir. BBMM bu siyasətin həyata keçirilməsində mühüm rol oynayır. Bu gün dövlətimizin həyata keçirdiyi multikulturalizm siyasəti həm daxili, həm xarici siyasətdə özünü açıq şəkildə göstərir. BBMM öz fəaliyyətini ancaq xarici ölkələrdə deyil, eyni zamanda ölkəmizin əhalisinə Azərbaycan multikulturalizmi siyasətinin əsaslarını çatdırmaqla davam etdirir. Bu istiqamətdə mərkəzin həyata keçirdiyi layihələrdən biri , ali məktəblərdə tədris olunan "Multikulturalizmə giriş" "Azərbaycan multikulturalizmi" fənləridir. Bu layihə 2015-ci ildən həyata keçirilir. Bu fənn o dövrdə hələ seçmə fənn olub. Ötən 4 il ərzində onun əhəmiyyəti özünü büruzə verdi qərara alındı ki, bu fənn məcburi fənn kimi tədris edilsin. "Multikulturalizmə giriş" "Azərbaycan multikulturalizmi" fənləri gənclərə Azərbaycanın multikulturalizm siyasəti, ölkəmizdə etnik-mədəni müxtəlifliyin qorunması istiqamətində aparılan işlər haqqında ətraflı məlumat almaq imkanı verir gənclərin tolerant ruhda böyümələrinə təsir edir.

Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti olan bir dövlətdir bu mədəniyyət əsrlərdir ki, qorunub saxlanılır nəsildən-nəslə ötürülür. Azərbaycan xalqının ən böyük üstünlüklərindən biri odur ki, digər mədəniyyətlərə, dinlərə hörmətlə yanaşır bu, bizim qanımızdan, mental xüsusiyyətlərimizdən irəli gəlir. Ölkəmizdə burada yaşayan bütün xalqların dinlərin mədəniyyət nümunələri qorunub saxlanılır onlara xüsusi diqqət qayğı göstərlir. Bu, Azərbaycan xalqının böyüklüyünü göstərdiyi kimi, həm   ÜmumAzərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsidir. Bu günlərdə anadan olmasının 96- ildönümünü ümumxalq coşqusu ilə qeyd etdiyimiz, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanda multikulturalizm siyasəti dövlət siyasəti səviyyəsinə yüksəlib. Bu gün BBMM-in dünyanın 8 ölkəsində filialının fəaliyyət göstərməsi , bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsinin nəticəsidir.

BBMM öz layihələrini həyata keçirmək istiqamətindəki fəaliyyətində həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, eləcə digər dövlət qeyri-dövlət qurumları ilə sıx əməkdaşlıq edir.

BBMM-in 5 illik fəaliyyətinə həsr olunmuş tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, Dövlət Komitəsi ötən 5 ildə BBMM- yaxından əməkdaşlıq edib. Multikulturalizm Azərbaycan xalqının yüzilliklər ərzində yığdığı böyük mənəvi sərmayədir: "Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində BBMM Azərbaycan həqiqətlərini, ölkəmizin imicinin daha da yaxşılaşdırılması baxımından önəmli bazaya çevrilib. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində mənəvi sərmayə cəmiyyətimizin, dövlətimizin milli təhlükəsizliyi baxımından da önəmli amilə çevrilib. BBMM-in fəaliyyəti, həmçinin Azərbaycan xalqının mənəvi zənginliyinin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına kömək edir".

Tədbirdə çıxış edən BBMM-in Himayəçilik Şurasının üzvü Aleksandr Şarovski, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete Azərbaycandakı multikultural, tolerant mühitin üstünlüklərini xüsusi qeyd edərək bildiriblər ki, Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurları dünya dövlətləri, ölkəmizə gələn qonaqlar da etiraf edir yüksək qiymətləndirirlər. Çünki Azərbaycanda multikulturalizm, sadəcə bir müasir termin deyil, xalqımızın həyat tərzidir ölkəmizdə multikultural dəyərlərin, tolerantlıq ənənələrinin əsrlərə söykənən tarixi var. Bütün bu həqiqətlərin dünyaya çatdırılması istiqamətində BBMM-in həyata keçirdiyi işlər yüksək qiymətləndirilməlidir.

BBMM-in ABŞ nümayəndəliyinin rəhbəri Janna Skot  BBMM-in fəaliyyətindən danışaraq bildirib ki, Mərkəzin gördüyü çoxşaxəli işlər sayəsində hər kəs Azərbaycanda baş verən hadisələr, buradakı multikultural mühit barədə ətraflı məlumat almaq imkanı qazanıb.

Tədbirdə çıxış edən BBMM-in Moldova nümayəndəliyinin rəhbəri Aurelia Qriqoriu qeyd edib ki, indi dünya təhlükə ilə üzləşib, ekstremizm yaşanır. Bu siyasətin sonu yoxdur. Bu siyasətin alternativini isə Azərbaycan Prezidenti İlham Əliyev özünün uzaqgörən, müdrik siyasəti ilə göstərdi: "Azərbaycan Prezidenti İlham Əliyev göstərdi ki, çıxış yolu multikulturalizm siyasətidir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bu, bir fenomendir. Azərbaycanın 20 faiz torpaqları işğal altındadır, 1 milyondan çox qaçqın məcburi köçkün var. Buna baxmayaraq, Azərbaycan sülh, hörmət, insansevərlik ab-havasını təmin edir. Azərbaycan dünyanın 5 ən tolerant ölkəsi siyahısındadır dini tolerantlığın nümunəsi sayılır".

 Paralelin
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.039880037307739