Valideynlik hüquqlarından məhrumetmə halları, əsasları və hüquqi nəticələri ...

Son vaxtlar Azərbaycanın ailə institutunun təməlində zəiflik müşahidə olunmaqdadır. Adı çəkilən problemlər isə özünü boşanma hallarının sayının artmasında göstərir. Bu isə son nəticədə ailədə uşaqların psixi inkişafına mənfi təsirsiz ötüşmür. Qeyd olunan problemlə əlaqədar son vaxtlar aktual olan məsələlərdən biri məhkəmələr tərəfindən valideynlik hüququndan məhrumetmə hallarıdır. Ümumiyyətlə qeyd etməliyik ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq vəzifələrə malikdirlər. Onlar uşaqlarının hüquq qanunla qorunan mənafelərinin müdafiə edilməsi üçün öhdəlik daşıyırlar. Buna görə , valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki psixi sağlamlığına xələl yetirməməlidirlər. Qanunvericiliyə əsasən, valideynlər uşaqlarının tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa biganəliyə yol verə bilməzlər. Qeyd edim ki, valideynlik hüquqları həyata keçirilən zaman uşaqların hüquq mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bu məsuliyyət tədbirlərindən biri valideynlərin valideynlik hüquqlarından məhrum edilməsidir. Qanunvericilik valideyinlərin hər ikisinə bərabər yanaşma nümayiş etdirsə , təcrübədə ananın valideyinlik hüququndan məhrum edilməsi məsələsində məhkəmələr təbii hüququn prinsipləri baxımından adətən ananın mövqeyinə həssaslıqla yanaşırlar. Əslində, məhkəmlərimiz tərəfindən anaya qarşı bu cür yumşaq yanaşma ölkəmizdə 2007-ci ilədək qüvvədə olmuş Ali Məhkəmənin Plenumunun "Valideynlik hüquqlarından məhrumetmə uşaqların tərbiyə edilməsi hüquqları barədə mübahisələr üzrə məhkəmə təcrübəsi haqqında" 1976- il 29 dekabr tarixli nümunəvi Qərarının gətirdiyi məhkəmə praktikası ilə bağlıdır. Valideynlik hüquqlarından məhrumetmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64- maddəsi ilə tənzimlənir. Ailə Məcəlləsinin sözügedən maddəsində valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından hansı hallarda məhrum edilə bilmələri öz əksini tapıb. Belə ki, valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; alimenti qəsdən ödəmədikdə; heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən yaxud hər hansı müalicə, tərbiyə digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə; valideynlik hüquqlarından sui-istifadə etdikdə; uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; xroniki alkoqol narkomaniya xəstəsidirsə; uşaqların ya ərinin (arvadının) sağlamlığına ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə. Göründüyü kimi, yuxarıda qeyd olunan hallardan biri ya bir neçəsi mövcud odduqda valideynlər (onlardan biri) valideynlik hüquqlarından məhrum edilə bilərlər. Bu zaman belə bir sual yaranır ki, valideynlik hüquqlarından məhrumetmə hansı qaydada həyata keçirilməli belə işlərə necə baxılmalıdır? Valideynlik hüquqlarından məhrumetmə yalnız məhkəmə qaydasında həll edilə bilər. Valideynlik hüquqlarından məhrumetmə işlərinə məhkəmə valideynlərdən ( ya onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarını müdafiə edən orqanın müraciətinə əsasən onların iştirakı ilə baxır. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işinə baxarkən valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini həll edir. Qeyd edim ki, valideynlik hüquqlarından məhrumetmə işinə baxarkən məhkəmə valideynin hərəkətində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməlidir. Valideynlik hüquqlarından məhrumetmə işinə dair iddiaya baxan zaman məhkəmə Ailə Məcəlləsinin 64- maddəsində müəyyən edilmiş valideynlik hüquqlarından məhrumetmə hallarından birini ya bir neçəsini müəyyən etdikdə valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə çıxarır. Bildirim ki, işə baxan məhkəmə sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq həmin qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir. Bildirim ki, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını itirirlər. Bundan əlavə, həmin valideynlər uşaqdan hər hansı təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq eləcə imtiyazlardan istifadə etmək hüququnu da itirmiş olurlar. Lakin bütün bunlara baxmayaraq, valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqlarını saxlamağı təmin etmək kimi vəzifələrindən azad edilə bilməzlər. Bu o deməkdir ki, valideynlik hüquqlarından məhkəmə qaydasında məhrum edilmiş valideynlər (onlardan biri) bu hüquqdan məhrumetməyə əsaslanaraq uşaqlarına aliment ödəməkdən imtina edə bilməzlər. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər (onlardan biri) ilə uşaqların birgə yaşamaq məsələləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən həll edilir. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları hansı hüquqlara malikdirlər? Ailə Məcəlləsinin 66.4- maddəsinə əsasən, valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna ya ondan istifadə hüququna, uşağın valideynlərlə başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir. Əgər uşağın digər valideynə verilməsi mümkün deyilsə ya məhkəmədə işə baxılan zaman valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edilərsə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər. Uşağın övladlığa götürülməsi isə valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay müddət keçəndən sonra mümkündür. Ailə Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən, valideynlik hüquqları o halda bərpa edilə bilər ki, valideynlərin (onlardan birinin) həyat tərzi, əxlaqı uşağın tərbiyəsinə münasibətləri dəyişsin. Təbii ki, burada uşağa münasibətdə yalnız müsbət dəyişikliklərdən söhbət gedə bilər. Bildirim ki, valideynlik hüquqlarının bərpası bu hüquqlardan məhrum edilmiş valideynlərin (onlardan birinin) ərizəsinə əsasən yalnız məhkəmə qaydasında həll edilə bilər belə işə məhkəmədə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır. Məhkəmə valideynlik hüquqlarının bərpası işinə baxan zaman belə bərpanın uşağın mənafeyinə zidd olacağı qənaətinə gələrsə, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarının bərpası iddiasını uşağın rəyini nəzərə almaqla rədd edə bilər. Onu da bildirim ki, əgər uşaq 10 yaşına çatıbsa, yalnız onun razılığı ilə valideynlik hüquqları məhkəmə tərəfindən bərpa edilə bilər. Lakin uşaq övladlığa götürülmüşsə bu övladlığa götürmə ləğv edilməmişsə, valideynlik hüquqları bərpa edilə bilməz. Məhkəmələr belə işlərə baxarkən valideynlərin bərabər şəraitə malik olduqları hallar zamanı azyaşlı uşaqların, xüsusilə məktəb yaşına çatmamış uşaqların ana qayğısı nəvazişinə ehtiyacları olduğu nəzərə almalıdırlar.

 Vəkil Rövşən Qasımov

0.064842224121094