Maşını oğurlayıb, qəzaya düşdülər - Foto

Quba Rayon Polis Şöbəsinin əməkdaşları qabaqcadan əlbir olaraq aprel-may aylarında rayon ərazisində 5 nəqliyyat vasitəsini oğurlayan cinayətkar dəstənin üzvlərini saxlayıb.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, araşdırmalarla həmin şəxslərin rayon sakinləri Taleh Atakişiyev, Mahir Məmmədov, Orxan Bədəlov, Tural Əliyev, Asif Əsgərov və Mirəli Sadıqov olduqları müəyyən edilib.

Dindirilmə zamanı dəstə üzvləri törətdikləri cinayət əməlini etiraf ediblər. Cinayətkar dəstənin ətrafında aparılan araşdırmalar zamanı onların mayın 13-də oğurladıqları VAZ 2109 markalı maşınla yol-nəqliyyat hadisəsi törətdikləri də məlum olub. Nəqliyyat vasitəsini idarə edən Taleh Atakişiyev Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda vəziyyəti sabitdir.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əməllərinin olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.

0.042006969451904