"Avroviziya" yarışmasında ilk finalçılar bəlli oldu

 

İsrailin Tel-Əviv şəhərində "Eurovision" mahnı yarışmasının ilk yarımfinalı başlayıb.

Kult.az xəbər verir ki, birinci yarımfinalda 17 ölkənin təmsilçisi iştirak edəcək, onlardan 10-u beynəlxalq müsabiqənin finalına seçiləcək.

Mayın 14-də Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan, San Marino iştirakçıları səhnəyə çıxacaqlar.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da ikinci yarımfinalda çıxış edəcək.

Müsabiqənin finalı 18 Mayda keçiriləcək, açılışda pop ulduz Madonna səhnəyə çıxacaq.

***

Birinci yarımfinalda çıxış edənlərdən bu ölkələr finala yüksəlib: Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya.

0.09025502204895