Putin və Pompeo Ukraynanı müzakirə etmədi

Soçidə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş başlayıb.

RİA-ya istinadən xəbər verir ki, görüşdə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Seygey Narışkin və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov iştirak edirlər.

ABŞ Dövlət katibi bundan öncə Soçidə Sergey Lavrov ilə görüşüb. Tərəflər görüşün yekunları üzrə birgə mətbuat konfransı keçiriblər.

***

"Bildiyiniz kimi, bir neçə gün əvvəl mənim cənab Donald Trampla telefon söhbətim oldu və məndə belə təəssürat yarandı ki, prezident rus-amerikan əlaqələrinin yenidən qurulmasında, qarşılıqlı maraq doğuran məsələlərin həllində maraqlıdır".

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Pompeo ilə görüşündə deyib.

***

Putin və Pompeo Ukraynadakı vəziyyəti müzakirə etməyib.

Bu barədə Yuri Uşakov məlumat verib.

“Dövlət başçısı və ABŞ rəsmisi arasında bütün mövzuları qeyd etdik. Ukrayna barədə söhbət açılmadı. Ukrayna ümumiyyətlə yox idi”, - deyə Uşakov bildirib.

0.044296026229858