“Azərbaycanın əleyhinə düşmənçilik kampaniyası aparanlar satqınlardır”

Tapdıq Abbas: “ Ölkəmizin inkişafı çoxlarının yuxusunu ərşə çəkib

 Azərbaycana qarşı xaricdən təhdidlər ara vermədən davam edir. Məlum şəbəkə artıq xeyli vaxtdır yeni taktikaya əl atıblar. Ölkəmizi müxtəlif səbəblərdən tərk edib, xaricdə mühacir həyatı yaşayan vətəndaşlarımızın arasından seçilmiş xəyanətkarlar dövlətimizin, hakimiyyətin əleyhinə aşağılayıcı təhqirlərlə kampaniya aparır, ölkəmizi nüfuzdan salmaq üçün hər cür rəzilliyə əl atırlar. Bunun səbəbləri barədə qəzetimizin baş redaktorunun fikirlərini  oxuculara təqdim edirik.

- Tapdıq bəy, son zamanlar xaricdə ölkəmizə qarşı iyrənc kampaniya aparılır bu kampaniyada xarici mühacirlərdən daha çox istifadə olunur, bunu ilə izah etmək olar?

- Sualınıza cavab olaraq bəri başdan qeyd edim ki, ölkəmizə qarşı xaricdə aparılan düşmənçilik kampaniyasının kökündə bir neçə məsələ durur bunlardan ən əsası ölkəmizin sürətli, hərtərəfli inkişafı dünyada mövcud olan hərbi bloklardan heç birinə qoşulmadan müstəqil, uğurlu siyasət aparmasıdır. Bilirsiniz ki, Azərbaycan regionda dünyada yüksək nüfuz qazanıb. Ölkəmizdə insanların rifah halı xeyli yüksəlib. Dövlətimiz regionun ən qüdrətli mərkəzlərindən birinə çevrilib. Paytaxtımız mədəniyyətlərarası sivilizasiyanın bütün müsbət çalarlarını özündə əks etdirən dialoqların keçirildiyi şəhərə çevrilib. Paytaxtımızda keçirilən V Bakı Forumunun iştirakçıları qonaqlarının ölkəmiz haqqında söylədikləri yüksək rəy, məhz dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi çox narahat edir. Ölkəmizdə hər gün yüksələn həyat şəraiti günbəgün artan xətt üzrə inkişaf edir.

Cənab prezidentin son bir neçə ayda həyata keçirdiyi dərin struktur islahatları nəticəsində ölkənin çevik şəkildə idarə olunması təmin edilir bu, xalqın rifah halının yaxşılaşmasına müsbət təsir edir. Bu ilin fevral ayından başlayaraq, əməkhaqların, təqüdlərin, sosial müavinətlərin iki dəfədən çox artırılması, yeni təqaüdlərin təyin olunması, şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, qaçqın köçkünlərin maddi-məişət şəraitinin yaxşılaşdırılması sahəsində əldə edilən uğurlar bəlli məkirli qüvvələri çox narahat edir. Ona görə , xarici düşmən qüvvələr mühacirətdə olan soydaşlarımızın müəyyən səbatsız kəsiminin sərsəmliyindən istifadə edərək, onları ölkəmizə qarşı çirkin qarayaxma kampaniyasına cəlb edirlər.

Bu kampaniya səviyyəcə o qədər aşağıdır ki, dövlətimizin xalqımızın yüksək səviyyədə olan monolit birliyinə mənfi təsir etmək gücünə malik deyil. Xalqımızla Prezidentimizin vəhdəti, həmrəyliyi çox güclüdür heç bir qüvvə bu vəhdəti sarsıda bilməz. Yəqin, ölkə Prezidentinin Birinci vitse-prezidentin xalqımızın nümayəndələri, müxtəlif sosial qruplar ilə  görüşlərinin qədər yüksək səviyyədə, mehribançılıq, qarşılıqlı hörmət, məhəbbət etimad səviyyəsində keçdiyini görən düşmənlər ölkəmizi təhdid etmək üçün ayrı yol tapa bilmirlər, çox aciz duruma düşüblər yeganə çıxış yolunu xarici təsirlər altında sayıqlığını itirmiş bəzi soydaşlarımızdan istifadə etməkdə görürlər.

- Sizcə, özünü radikal müxalifət hesab edən bəzi siyasi partiyaların həmin qüvvələrə dəstək vermələrini ilə izah etmək olar?

-Yuxarıda qeyd etdiyim kimi, istər xarici düşmənlər olsun, istər ölkəmizi tərk edib mühacirət edənlərin bəziləri eləcə , özünü müxalifət hesab edib, düşmənlərin xaricdə ölkəmiz barəsində apardıqları çirkin kampaniyanı dəstəkləyənlərin hamısı bir məqəsədə xidmət edirlər. Bunların hamısının məqsədi, nəyin bahasına olur-olsun, Azərbaycan hakimiyyətini hörmətdən salmaq, ölkə rəhbərliyini ləkələmək, ölkədə insan haqlarının, söz mətbuat azadlığının olmaması barədə ictimai rəy formalaşdırmaq beləliklə, xalqı beynəlxalq ictimaiyyəti çaşdırmaq, ölkədə qarışıqlıq, xaos yaratmaqla, ölkəni xarici qüvvələrin təsiri altına salmaq çoxsaylı şəhidlərin hesabına çox çətinliklə qazandığımız müstəqilliyimizi boğmaqdır.

Dəfələrlə demişəm yenə təkrar edirəm ki, bütün sahələrdə ölkəmizin yüksək sürətlə inkişaf etməsi dövlət başçımızın müstəqil siyasət yeritməsi, heç bir dövlətin vassallığını, himayəsini qəbul etmədən, dinc yanaşı yaşamaq siyasəti həyata keçirməsini nəinki düşmənlərimizin, heç özünü bizə dost kimi göstərməyə çalışan dövlətlərin özləri sinirə bilmirlər. Məsələn, Rusiyanı özümüzə dost ölkə kimi, qəbul etməyə məcburuq. Amma Azərbaycan Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllinin məhz Rusiyadan asılı olduğunu hər birimiz yaxşı bilirik. Əgər Rusiyanın beynəlxalq ictimaiyyətdən çəkinəcəyi olmasa, Azərbaycanı elə bu gün sərhədlərinə qatar. Yaxud götürək, qonşu İranı, məgər imkanı olsa, gücü yetsə, İran müstəqil Azərbaycan dövlətinin mövcudluğuna dözərmi?! Qətiyyən!

Ona görə , hazırda özünü ölkənin vicdanlı vətəndaşı hesab edən hər bir kəs ölkəsini sevməli, müstəqilliyimizin qiymətini dərindən dərk etməlidir, müvəqqəti çətinliklərə görə, dövlətinə qarşı çirkin addımlar atılmasında iştirak etməməlidir, bu cür addım atanlara qarşı çıxmalıdır.

 Tapdıq ABBAS
Baş redaktor, “Əməkdar mədəniyyət
işçisi,"Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

 Söhbətləşdi Züleyxa Ələkbərqızı

0.043369054794312