Sabiq nazirin jurnalisti təhqir etməsi yaddan çıxmayıb

Hər bir insanın vətəndaş haqqı olduğu kimi, sabiq səhiyyə naziri, 14 il məhbəs həyatı yaşamış Əli İnsanovun da ölkə vətəndaşı kimi, konstitusiyon hüqqları qorunur. Artıq o ölkə Prezidentinin yüksək humanizm prinsipi göstərib çox sayda məhbusları azadlığa buraxmasından sonra vaxtından xeyli  əvvəl azadlığa buraxılıb.

Əli İnsanovun kimliyi, həyat yolu xalqımıza yaxşı məlumdur. Onun sıravi həkimdən, nazir kürsüsünə qədər yüksələn xətlə inkişafı da heç kimə qaranlıq deyil. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra Əli İnsanovun ulduzunun parıltısı, şəfəqləri qısa zamanda hər yana sürətlə yayıldı. Səhiyyə naziri postunu tutdu. Nazir kürsüsündə əyləşərkən, onun hərəkətləri nazir kreslosunun həddini qat-qat aşaraq, ölkənin idarə olunmasında mərkəzi füqurlardan birinə çevrilmişdi. Tək səhiyyə sisteminə aid olan vəzifələrə deyil, hətta rayonlara icra başçısı, polis rəsisi, prokurorların digər vəzifəli şəxslərin təynatına həyata keçirə biləcək qədər gücə malik idi Əli Insanov. Necə deyərlər, nazirlərin naziri kimi, hər kəsdən seçilib, hakimiyyətin ön sırasında dayanırdı. Bir sözlə, ölkədə Əli İnsanovunkəsdiyi başasorğu-sual yox idi, atını hansı səmtə istəsə, çapa bilirdi ...

Yuxarıda Əli İnsanov barəsində söylədiyim şan-şöhrət sərvəti ona Ulu Öndər Heydər Əliyev bəxş etmişdi. Hamı gözləyirdi ki, Əli İnsanov azadlığa buraxıldıqdan sonra ilk olaraq mərhum Ulu Öndərin xatirəsini yad etmək məqsədi ilə Onun qəbrini ziyarət edəcək. Lakin Əli İnsanov öz ləyaqət borcunu yerinə yetirə bilmədi!... Hər kəs onun bu yanlış hərəkətinə səviyyəsizlikdən özgə ad vermədi haqlı olaraq qınadı. Bu qınaq haqlıydı. Ona görə ki, məzmunca, mahiyyətcə cəmiyyətdə mənfi reputasiyaya malik olan insanın sıravi həkimlikdən nazir kürsüsünə qədər gedən yolun bələdçisinin- Ulu Öndər Heydər Əliyevin xeyirxahlığını düzgün qiymətləndirməyi Əli İnsanov bacarmadı bitdi.

Əli İnsanov azadlığa çıxdıqdan sonra ilk müsahibəni ABŞ -ın maliyyələşdirdiyi mediaya- radioya verdi. Müsahibəni izləyən hər kəs Əli İnsanovun şəxsiyyətində əxlaqında olan kəsirləri aydın müşahidə etdi. İfadələri dəqiq seçmək məharətini göstərməyə çalışan Əli İnsanov müsahibədə ermənilərə olan dərin məhəbbətini erməni dilində ifadə etməyi unutmadı: “ çörək haradadırsa, vətən oradadır” – dedi! Beləcə, sabiq nazir, 14 il məhbəs həyatı yaşayan Əli İnsanov kimlərə məhəbbət, kimlərə isə nifrət bəslədiyini ortaya qoymuş oldu.

Müsahibəboyu hakimiyyəti tənqid atəşinə tutan Əli İnsanov nazir kreslosunda əyləşəndə lağa, məsxərəyə qoyub, ikrah hissi ilə ələ saldığı müxalifətin haqqını sovunmağı da yaddan çıxarmadı. Müxalifətin mitinqlərinin keçirilməsinə yaradılan maneələri, qadağaları tənqid etdi. Özünün hakimyyətə qarşı kəskin barışmaz füqur olduğunu, mübarizəni daha ciddi davam etdirəcəyini bildirdi. Maraqlı haldır ki, Əli İnsanov ölkədə azad sözün mətbuatın boğulmasından da bəhs etdi bu zaman nazir kreslosunda oturarkən zaman ona sual ünvanlayan xanım jurnalisti ağır epitetlərlə təhqir etdiyini yadından çıxardı. Sən demə, İnsanov 14 il məhbəs həyatı yaşadıqdan sonra azad sözün, mətbuatın qədirinin olduğunu indi başa düşüb..

Əli İnsanovun müsahibə çıxışlarının tezisləri ilə tanış olan hər kəs anlayır ki, o, məhbəsdə olarkən özü üçün böyük mübarizə manifesti hazırlayıb. Bu manifestin müddəalarının nədən ibarət olduğunu hər kəs bilsə , bu manifestin ideyalarının çürüklüyünü faydasızlığını təkcə Əli İnsanovun özü bilmir. Çünki ideyası qisasçılıqdan düşmənçilikdən ibarət olan bu yanlış mübarizə manifestinin zamanı çoxdan keçib.

 Mahir Abbaszadə

0.15943884849548