Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycanın bu gün etibarlı əllərdədir

AHİK- Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

 

Mayın 8- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin həyatı boyunca Azərbaycan naminə göstərdiyi xidmətlər misilsizdir.

Bu görkəmli şəxsiyyətin onilliklər ərzində Vətənə, xalqa xidmətinin cövhərində böyük mənəviyyat sahibi olması dayanır. Milli dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Ulu Öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsaslarını yaradıb.

Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü, bu illər ərzində xalqımızın ictimai-siyasi, iqtisadi mədəni həyatının bütün sahələrinin dirçəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin çətin dövründə - 1993- ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarlarla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

S.Möhbalıyev xalqımızın öz dahi oğlunu, ölkəmizin gələcək inkişaf strategiyasını müəyyən edən, onun həyata keçirilməsi üçün mühüm addımlar atan müdrik siyasətçini unutmadığını heç zaman unutmayacağını vurğulayıb.

Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycanın bu gün etibarlı əllərdə olduğunu qeyd edən AHİK sədri ümummilli lider Heydər Əliyevin əsasını doyduğu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, bunun nəticəsində Azərbaycanın dünyada nüfuzu artıb, ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməklə diqqəti özünə cəlb edib:

«Bu gün Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin başlatdığı yolun davamının sübutudur.

Tədbirdə Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri H.Osmanov, Mədəniyyət İşçiləri HİRK-in sədri C. Səttarova, Rabitə İşçiləri HİRK sədri S.Orucov, Dəmiryolu İşçiləri HİRK-in sədri F. Bağırov çıxış edərək Ümummilli Liderin şərəfli mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, dahi öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək nailiyyətlər əldə edilib.

Bu il festivala respublika üzrə

17 ali məktəb 10 kollec qatılıb

 

Ali orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub. Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 96- ildönümünə həsr edilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrin, o cümlədən təhsil sisteminin sürətlə inkişaf etdiyini vurğulayıb dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. F.Qurbanov bildirib ki, bu il festivala respublika üzrə ümumilikdə 17 ali məktəb 10 kollec qatılıb. İki mərhələdə keçirilən festivalda 800-ə yaxın tələbə iştirak edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin doğma Vətən xalq qarşısında əvəzsiz xidmətlərindən danışıb. O, bədii yaradıcılıq festivalının şagird tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, istedadlı gənclərin aşkara çıxarılması baxımından əhəmiyyətli rolunu diqqətə çatdırıb.

Təhsil Nazirliyi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi tələbələri vətənpərvərlik, milli adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, istedadlı gəncləri aşkara çıxarmaq onların bədii-estetik səviyyəsini yüksəltməkdir.

 

Tahir

0.054883003234863