Azərbaycan dünya miqyasında dinlərarası əməkdaşlıq ənənəsinə sadiqdir

Xalqımız müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib

Bu gün qloballaşan dünyamızın gündəmində olan əsas mövzunun dini milli dözümsüzlük bu səbədən yaranan qarşıdurmalardır desək, yəqin ki yanılmarıq. Son illər planetin müxtəlif regionlarında, əsasən Yaxın Şərqdə Asiya qitəsində baş verənlər bütün sivil dünyanı narahat etməkdədir. Bu olayların həmçinin  Avropaya da sirayət etməsi, heç şübhəsiz burada bəzilərinin multikulturalizmin iflasa uğraması iddiaları ilə üst-üstə düşməsi , təsadüfi sayıla bilməz. Bütün bu problemlərin aradan qaldırılması üçün isə qarşılıqlı əməkdaşlığa dialoqa böyük ehtiyac var.

Məlumdur ki, Azərbaycan multikulturalizmin tolerantlığın butun dünyada bərqərar olması üçün çox böyük işlər görür.

Bunun da əsas səbəbi xalqımızın minilliklər ərzində formalaşan tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli beynəlxalq səviyyədə təşviq təbliğ etmək Azərbaycan dövlətinin din siyasətinin əsas hədəfləri sırasında olmasıdır.

Məlumdur ki, ölkəmizdə bütün dinlərin mənsublarına bərabər şərait yaradılıb, onların öz inanc etiqadlarına uyğun yaşamaları üçün lazımi tədbirlər görülüb. Azərbaycanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst fəaliyyət göstərir onlara dövlət tərəfindən hərtərəfli dəstək verilir. Bunun nəticəsidir ki, Azərbaycanın hazırda dinlər mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrilib. Ölkəmizdəki multikultural tolerant mühit bütün dünyaya nümunə göstərilir. Azərbaycan xalqı müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib qonaqpərvər ev sahibi olaraq ölkəmizə gələn bütün digər xalqların nümayəndələrinə dözümlü tolerant münasibət bəsləyib. Bununla bağlı Azərbaycanda yaşayan dini icmaların liderlərinin fikirləri mühüm əhəmiyyət ksəb edir. Onlar da Azərbaycan xalqının öz təbii dini tolerantlığı ilə seçildiyini qeyd edərək, bu dəyərin həm cəmiyyətin təbii xüsusiyyəti, həm dövlətin siyasəti olmasını yüksək qiymətləndirirlər.

Azərbaycan Respublikasının Prezideniti İlham Əliyevin "Dünya dini liderlərinin II Bakı sammiti"nin ölkəmizdə keçirilməsi barədə sərəncam imzalaması da, ölkəmizdə dövlət-din münasibətlərini ən yüksək səviyyədə tənzimlənməsindən xəbər verir. Bu mötəbər tədbirin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi ilə üst-üstə düşməsi , onu deməyə əsas verir ki, şeyx həzrətlərinin özü dünyada multikulturalizmin dini tolerantlığın təşviq təbliği istiqamətində fəalliyyət göstərən çox nüfuzlu şəxsiyyətlərdən biridir.

Prezidentin sərəncamına münasibət bildirən şeyx həzrətlərinin özü delə deyir: "Bu sərəncamları həm şəxsimə, həm Azərbaycan dindarlarına olan yüksək hörmət etimadın göstəricisi, eyni zamanda, milli-mənəvi dəyərlərə ali diqqətin bariz nümunəsi kimi qəbul edirəm".

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin multikulturalizm tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində gördüyü işlər əldə etdiyi hər bir uğur dünya müsəlmanlarının, Azərbaycan ictimaiyyətinin nəzərində əlamətdar tarixi hadisəyə çevrilir. Ölkəmizi həyatımızın bütün sahələrində yüksək inkişaf mərhələsinə qaldıran, dini-mədəni mühitin tərəqqisini təmin edən, sosial-iqtisadi islahatları ilə xalq-dövlət birliyini möhkəmləndirən Prezident İlham Əliyevin yüksək təfəkkürü sayəsində XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu zamanın tələblərinə cavab verən ideyalar irəli sürür onların reallaşdırılması istiqamətində qlobal işlər görülür. Heç şübhəsiz ki, bunu dünya ictimaiyyəti görür yüksək qiymətləndirir. Müxtəlif qitələrin nümayəndələrinin, fərqli din mədəniyyətlərin təmsilçilərinin Prezident İlham Əliyevin elan etdiyi "Multikulturalizm İli" "İslam Həmrəyliyi İli" kimi qlobal əhəmiyyətli ideyalar ətrafında bir araya gəlməsi böyük nailiyyətdir. Dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycan Respublikasında sivilizasiyalararası dinlərarası dialoqa töhfə verən nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlər 2008-ci ildən etibarən mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan "Bakı Prosesi" çərçivəsində müzakirə olunur, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim ziyalıları arasında səmərəli fikir mübadilələri aparılır. Bu baxımdan 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilən Sammiti sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyaların əməkdaşlığının genişlənməsinə, eləcə qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfələr verdi.

Bu da məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2019-cu il noyabrın 14-15- Bakı şəhərində Dünya dini liderlərinin II sammiti keçiriləcək. Bu sammit çərçivəsində ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslərin qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirəsi aktuallıq dəyər kəsb edir. Müxtəlif milli, dini, mədəni mənsubiyyət daşıyıcıları arasında qarşılıqlı etimad, anlaşma mühitinin yaradılması baxımından böyük əhəmiyyət daşıyan bu tədbir dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər millətlər arasında əlaqələrin möhkəmlənməsi işinə layiqli töhfə olacaq. Bu, ölkəmiz üçün böyük uğurdur.

 Azərbaycan iqtisadi, siyasi, diplomatik sahədə uğurları ilə yanaşı, nümunəvi dini-mənəvi həyatı ilə dünyanın diqqət mərkəzindədir. Ölkəmiz dünya miqyasında dinlərarası əməkdaşlığın uğurlu ənənəsinə hər zaman sadiqdirAzərbaycanın bu sahədəki uğurlarını şərtləndirən əsas məqamlardan biri odur ki, ölkəmizdə din-dövlət münasibətləri düzgün tənzimlənir. Multikulturalizm tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Ölkəmizdə müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayır, dövlətin diqqətini, qayğı himayəsini eyni dərəcədə hiss kimi edir, heç bir təzyiq təhdidlə üzləşmədən öz yaşamlarını sürdürürlər.

Bütün bunların nəticəsində Azərbaycan öz uğurlu multikulturalizm modelini dünya səviyyəsində tanıda bilib bu sahədə işlər davam etdirilir.

Ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində əməli addımlar, milli-mədəni irsin qorunması işinə göstərilən maddi mənəvi yardım, dini abidələrə dövlət səviyyəsində qayğı himayə , dövlət başçımızın müdrik siyasətinin göstəricisidir. Prezident daim din xadimlərinə yüksək diqqət maddi-mənəvi qayğı göstərir.

Məlumdur ki, ölkəmizdə tolerant mühitin qorunub inkişaf etdirilməsində, eləcə xadqımızın ən ağrılı yer olan Dağlıq Qarabaq probleminin ölkəmizdə, eləcə İslam dövlətlərində təbliğində müzakirəsində din xadimlərimizin  üzərinə böyük vəzifələr düşür. Bu vəzifələrin yerinə yetirilməsi istiqamətində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə fəaliyyət göstərən digər dini konfessiya təmsilçiləri fəallıq nümayiş etdirirlər.

Onu da qeyd edək ki, 2017-ci ilin sonunda "İslam Həmrəyliyi İli"nin yekunlarına həsr olunan Bakı konfransında iştirakçıların yekdil fikri əsasında, dinlərarası sivilizasiyalararası əməkdaşlıq ideyalarının davamlı təbliğ olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində müxtəlif ölkələrin nüfuzlu din ictimai xadimlərindən ibarət Bakı Beynəlxalq dinlər sivilizasiyalararası əməkdaşlıq Mərkəzi təsis olunub. Bu Mərkəzin xəttilə, Xarici İşlər Nazirliyi mənzil-qərargahı Vyanada yerləşən KAİCİİD beynəlxalq dinlər mədəniyyətlərarası dialoq Mərkəzinin dəstəyi, Avstriyanın müvafiq dövlət, qeyri-hökumət təşkilatları, dini elm mərkəzləri ilə birgə bu il iyunun 19-20- Vyana şəhərində "Sivilizasiyalar dinlərarası dialoqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransın keçirilməsi qərara alınıb.

Konfransda bir çox məsələlərin o cümlədən-"Sivilizasiyalararası dinlərarası dialoqun bəşəri həmrəyliyə doğru inkişafı dünyada sülhün əmin-amanlığın bərqərar olmasına dini tolerantlıq ideyalarının tərənnümünə xidmət edir", "Terrorizm, ekstremizm, separatizm, ksenofobiya, islamofobiya dinlərarası dialoqa həmrəyliyə təhdid kimi", "Gənclərin maarifləndirilməsində, mədəni mənəvi irsin qorunmasında sivilizasiyalar dinlərarası əməkdaşlığın rolu", "İnsan hüquqlarının qorunması sahəsində sivilizasiyalar dinlərarası dialoqun əhəmiyyəti, insanlara qarşı zorakılıq halları - irqi dini dözümsüzlük, işğalçılıq, etnik təmizləmə siyasətinə məruz qalan qaçqın məcburi köçkünlərə, miqrantlara mərhəmət qayğı göstərməyin vacibliyi", "Münaqişə zonalarında etnomədəni dini abidələrin dağıdılması zorakılığa məruz qalması", "Dövlət, elm din xadimlərinin sivilizasiyalararası dinlərarası dialoqun əməkdaşlığın təşviqində birgə səylərinin rolu"- mövzularının müzakirə olunacağı gözlənilir.

Heç şübhəsiz ki, belə mötəbər bir tədbirdə xalqımızın ən ağrılı yeri olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələnin müzakirəsi , mühüm yer tutacaq. Ölkəmiz bu problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli sülh yolu ilə həllində israr edir, lakin çox təəssüflər olsun ki, məsələ bütün beynəlxalq tədbirlərdə müzakirə olunsa da, hələ öz həllini tapmayıb.

Bütün dünyaya nümunə olacaq multikulturalizm modelinə sahib olan Azərbaycan, nədənsə öz torpaqlarının işğalçılardan azad edilməsində təklikdə qalıb. Dünya ictimaiyyəti artıq 25 ildən çoxdur ki, bu haqsızlığa göz yumur.

  Paralelin
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.042449951171875