Misir kralının teleqrafı, qəzaya uğrayan təyyarə - Xanxoylu ailəsi

1920-ci ildə Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoylu qətlə yetirilsə , onun böyük qardaşı ailənin qohumu Cahangir bəy Kazımbəyli mühacirətdə ölkəmizin istiqlal mübarizəsini davam etdirdilər.

Həmin şanlı mübarizənin maraqlı məqamlarını təqdim edirik:

Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoylunun böyük qardaşı Hüseynqulu xan 22 sentyabr 1870-ci (məzar daşında 1871) ildə Gəncədə doğulub. O, Gəncə valisinin köməkçisi işləyib. Çar ordusunda göstərdiyi xidmətlərə görə müxtəlif ordenlərlə (3- dərəcəli müq. Stanislav, 3- dərəcəli müq. Anna, 2-ci dərəcəli müq. Stanislav, müq. Aleksandr Nevski) təltif olunub. Gəncədə yaşadığı müddətdə ictimai-siyasi həyatda fəal iştirak edib. 1917-ci ildə Bakıda toplanan Qafqaz Müsəlmanları Qurultayına qatılıb.

Hüseynqulu xan Gəncə dumasının Şəhər İdarəsinin üzvü olub. 1918-ci il may ayının 28- Tiflisdə Azərbaycan Cümhuriyyətinin elan olunması xəbərini Gəncə camaatına ilk çatdıran o, olub. Azərbaycan Cümhuriyyəti dövründə bir müddət Gəncə Şəhər valisinin müavini işləyib.

1920-ci ildə baş vermiş Gəncə üsyanının fəal iştirakçısı olmuş Hüseynqulu xan üsyan yatırıldıqdan sonra ölkədən çıxa bilib. Həyat yoldaşı Şirinbəyim xanımı (Əbülfət xan Ziyadxanın qızı), oğlanları Zahid xan İsgəndər xanı, qızları Valiyəni, Simanı nəvəsi Abbası yalnız bir ildən sonra gözlənilməz təsadüf nəticəsində İstanbulda tapıb.

Hüseynqulu xan Polşanın rəhbəri marşal Yuzef Pilsudskinin dəvətilə bir müddət Polşada yaşasa da, yenidən İstanbula, ailəsinin yanına qayıdıb, 1925-ci ildən sonra Atatürkün göstərişi ilə oğlu İsgəndər xanla birlikdə hərbi məktəblərdə tərcüməçi kimi çalışıb.

Hüseynqulu xan 7 dekabr 1955-ci ildə İstanbulda vəfat edib.

Hüseynqulu xanın qız nəvəsi Kərim Mehmetzadə babası ilə bağlı bunları xatırlayır: “...Nənəm öz ərinin İstanbuldakı yerini bilmirdi, babam isə xanımının uşaqlarla birgə İstanbula gəlməsindən xəbərdar deyildi. Onlar Batumdan gəmiyə minərək İstanbulun Karaköy limanına gəliblər, Eminönüdə təsadüfən babamla üz-üzə gəliblər. Nənəmə deyiblər ki, Azərbaycandan gələn mühacirlər əsas etibarilə Sultanəhməd məscidinə yaxın yerlərdə yaşayırlar. Dörd uşaqla gələn nənəm heç kimi tanımırmış, onların əllərindən tutub Eminönünə keçib, orada əri ilə qarşılaşıb. Çox ağlayıblar. Bu, möcüzədir. Daha sonra babam Polşaya gedib. Orada Cahangir bəyə rəsmi general rütbəsi veriblər. Babama isə fəxri general rütbəsi veriblər. Babam o vaxt onsuz da pensiyada idi, fəal şəkildə orduda xidmət edə bilməzdi”.

Hüseynqulu xanın digər nəvəsi Leyla xanım Xoyxan isə babası ilə bağlı bunları xatırlayır: “Babam Hüseynqulu xan toplantılarda Türkiyənin tanınmış şairi Tefvik FikretinMillet şarkısından ən çox bu misraları səsləndirərmiş: Zulmün topu var, güllesi var, kalası varsa, Hakkın da bükülmez kolu, dönmez yüzü vardır.”

Hüseynqulu xanın həyat yoldaşı Şirinbəyim xanım idi. O, Cavad xanın nəticəsi, İsmayıl, Şahverdi, Ədil xan Ziyadxanların bacısı idi. Bu evlilikdən onların 4 övladı olub: Valiyə Kazımbəyli, İsgəndər xan Xanxoylu, Sima Xanxoylu, Zahid xan Xanxoylu. Hüseynqulu xanın qızı Valiyə xanım 1900- ildə (bəzi mənbələrə görə 1905) Gəncədə doğulub.

Valiyə xanım Azərbaycan milli ordusunun zabitlərindən Cahangir bəy Kazımbəyli ilə ailə həyatı qurub, Abbas, Mustafa, Əli adında üç övladı olub. Cahangir bəy Kazımbəyli 1885-ci ilin martın 15- Gəncədə doğulub, 1902-ci ilin yanvarın 5- orduya daxil olub. 1918-ci ilin dekabrın 25-dək xidmətdə olub, həmin vaxtdan isə Azərbaycan ordusunda xidmətə başlayıb. Cahangir bəy 1920-ci ilin mayında ruslara qarşı baş verən Gəncə üsyanının əsas təşkilatçısı olub. üsyandan sonra Gürcüstana, daha sonra Türkiyəyə gedib. İstanbulda Azərbaycan Milli Komitəsinin göstərişi ilə 1923- ilin mayında Varşavaya gəlib, Polşa Baş Qərargahı ilə bir neçə azərbaycanlı zabitin Polşa ordusunda xidmətə qəbul edilməsinə dair müqavilə bağlayıb. Cahangir bəy 1939-cu ilə qədər Polşa ordusunda xidmət edib. Hərbi fəaliyyəti ilə yanaşı siyasi fəaliyyətlə məşğul olub. 1934- ildə Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Mərkəzinin Varşavada keçirilən Konqresində qurumun yeni tərkibində yer alıb. 5 il ərzində Azərbaycan Milli Mərkəzinin katibi olub. II Dünya müharibəsi dönəmində Cahangir bəy Azərbaycan legionunun lideri Əbdürrəhman Fətəlibəylinin yanında yer alıb. 1943- ilin noyabrında o, Berlində Azərbaycan Milli Birliyi Məclisinin üzvü seçilib. Azərbaycan legionundakı xidmətlərinə görə Azərbaycan legionunun ordeni ilə təltif edilib. Müharibə bitdikdən sonra İtaliyada, sonra isə Türkiyədə yaşayıb.

Valiyə xanım da bu mübarizədə Cahangir bəyin yanında yer alıb. Qardaşı Zahid xan xatirələrində II Dünya müharibəsi illərində bacısı Valiyə xanımın əsir düşmüş azərbaycanlı əsgərlərə etdiyi kömək barədə maraqlı bilgilər verərək yazıb. O qeyd edib ki, 1941-ci il Almaniya-Sovet müharibəsində almanlara əsir düşmüş sovet əsgərləri arasında bir çox azərbaycanı əsgərlər vardı ki, onların çoxu xəstə, yaralı halda Varşava hərbi xəstəxanasında idi: “Bacım Valiyə xanım Varşavadakı evimizdə (1930-cu ildən ta 1944- ilə qədər Varşavada idim) Yardım Komitəsi qurdu, xəstəxanalarda olan azərbaycanlılara əlimizdən gələn yardımı etdik. Mən şəxsən həftədə iki-üç dəfə gedərək bizim vətəndaşlarla danışır, onların mənəvi vəziyyətlərinə dəstək verirdim. Komitəmiz İsveçrəQızıl xaçtəşkilatından gələn hər növ yardımları onlara paylayır, bacım bəzi çox xəstə olan əsgərlərə evdə yemək bişirib özü aparırdı. Bu arada almanlar əsir düşən ruslardan, qafqazlılardan digər millətlərdən könüllü olaraq legionlar hazırlayırdı. Bizim legionun başında sovet mayoru Əbdürrəhman Düdənginski (Naxçıvanlı) Berlində Azərbaycan Milli Komitəsində başçı oldu. (Abo Düdənginski çox enerjili, olduqca savadlı, çox yaxşı natiq, fəqət içki sevən bir adamdı. Abo ilə çox yaxından dostluğumuz vardı)...

Sovet ordusu 1944- ildə Polşada Varşava şəhərində dayandığı zaman məcburi olaraq ailəmlə bərabər Almaniyaya sığınmalı olduq. Məndən əvvəl Cahangir bəy ailəsi Vyanada idi. 1945-ci ildə bütün ailəmiz Avstriyanın Tirol şəhərində idi. Müharibədən sonra İtaliyada yerləşdik. Cahangir bəy Romada öz evində Azərbaycan Yardım Komitəsi təşkil etdi. İngilislərin əlində bir neçə yüz legiondan qalan əsgərlər var idi. Bunların aqibəti çox pis idi. Yaltada bağlanan anlaşma üzərinə ingilislər zorla sabiq Sovet əsgərlərini geri, Stalinəhədiyyəolaraq göndərdi. Nəticədə Avstriyada Linzdə bir böyük kütlə (bir neçə yüz) qazax, Şimali Qafqaz azərbaycanlıları zorla süngü altında, tanklarla qova-qova Stalinə verdilər. Bu tarixdə görülməyən rəzaləti edən münəffər ingilislər oldular. Bu kütlə arasında bizim polkovnik İsrafil bəy Seyfəli[ni], rus imperatorluğu dövründən -hacir olan Şimali Qafqazlı general Sultan Gərayı, rus generalı məşhur Krasnovu bir çox əvvəlki mühacirləri haqsız, qanunsuz olaraq Stalinə verən ingilislər oldular. 1945-ci ildə Stalin onları Moskvada asdı...”

Zahid xan bacısının yoldaşı, Gəncə üsyanının komandanı Cahangir bəyin müharibə illərində qurduğu Komitə onun fəaliyyəti haqqında da maraqlı bilgilər verib. O yazıb ki, Roma ətrafında ingilis düşərgəsində yüzdən çox Azərbaycan əsiri vardı. İngilislər bunları geri, Stalinə verməyə hazırlaşırdı, bu xəbəri alan bizim Komitə dərhal ingilis komandanı ilə əlaqə yaratdı əsirlərin verilməsini təxirə saldı.

Komitə türk, Ankara məqamına müsəlman olan Misir kralı Fərruxa müraciət edərək bu kütləni öz vətənlərinə almalarını rica etdi. Eyni zamanda Cahangir bəy öz arvadını (mənim bacım Valiyə xanımı) təyyarə ilə İstanbula göndərdi. İstanbulda edilən hər cür təşviqlərə baxmadan, təəssüf, türk hökuməti Sovetlərdən qorxaraq səs çıxarmadı. 1947-ci ilin noyabr ayında Misir kralı Fərruxdan teleqraf gəldi. Teleqrafda: “Şahzadə Əmir İbrahim gəmi ilə yola çıxdıyazılmışdı. Bir neçə gün sonra Romaya bizim evə (Cahangir bəyin evinə) kralın əmisi oğlu olan şahzadə Əmir İbrahim təşrif buyurdu. Danışıqlar məsləhətlər bir neçə gün çəkdikdən sonra şahzadə Əmir İbrahim şəxsən gedib ingilis komandanı ilə görüşdü 100-ə yaxın azərbaycanlı əsgəri, nəhayət, gizli olaraq ingilislər qatara qoyub Napoli limanına yolladılar. Şahzadə Əmir İbrahim məni şəxsən Misirə dəvət edib özü ilə apardı. Qahirədə şahzadə məni kralın sarayına apardı. Mən Azərbaycan Komitəsi adından ümumiyyətlə, azəri-türklər adından krala təşəkkür etdim...

Fəqət Romadan çox pis məlumat gəldi; bacım Valiyə xanım İstanbuldan Romaya təyyarə ilə döndüyü zaman təyyarə Afina üzərində dağa çırpılıb. Təyyarədə olan bütün sərnişinləri bunların arasında bacım Valiyə xanımı itirdik. Valiyə xanımın meyidini İstanbula yolladılar İstanbul Yeşilköy təyyarə meydanında bizim bütün azərilər, bir çox türklər, jurnalistlər qarşıladılar. Valiyə xanımı azərilər millət qurbanı millət yolunda şəhid olaraq basdırdılar. Biçarə anamın atamın o gündən bəri beli qırıldı. 26 noyabr 1947-ci il idi”.

Valiyə xanım faciəli şəkildə həlak olub. Onun məzar daşında belə yazılıb: “Azerbaycan Faciasının Aziz Kurbanı Valiye Kazımbeyli. Ruhuna Fatiha. 1947”.

Xanxoylular ailə məzarlığının yaxınlığında həmin qəzada həlak olan bir neçə şəxsin məzarı da var.

Leyla Xoyxan Valiyə xanımın ölümü ilə bağlı bunları bildirib: “Valiyə xanımmənim bibim bütün varlığı ilə Azərbaycana azərbaycanlılara bağlıydı. 1947-ci ildə onun matəm mərasimində nüfuzlu ağsaqqallarımız belə özlərini saxlaya bilməyib göz yaşları tökürdü. Böyük izdiham vardı. Deyilənlərə görə 1919-cu ildə Gəncədə ən xoş günlərdən biri bibimlə Cahangir bəyin toyu olub. Valiyə xanım hər il mayın 28- böyük toplantılar təşkil edib gəzintilərə çıxardı. Bu gəzintilər zamanı üç rəngli bayrağımızın dalğalanmasından həzz alırdı. O zaman biz uşaq olsaq da, onlara qoşulub bir yerdəAzərbaycan, Azərbaycanmahnısını oxuyardıq. Çox gözəl pianino çalırdı”.

 

Qaynaqlar:

 

AR Dövlət Arxivi, fond 19, siyahı 2, 235

Kərim Mehmetzadənin APA-ya müsahibəsi

Leyla XanxoylununReporta müsahibəsi

Nəbi Ceyhun. Sovetlərlə üz-üzə. Bakı, 2018

Zahid xan Xoyskinin xatirələri. (Əlyazmanın əsli özəl arxivimizdədir)

Bayramov Xanlar. Gəncə üsyanı 1920. Bakı, 2010

Dilqəm Əhməd

 

 

0.042321920394897