Gəncədə məktəblilərin psixoloji sağlamlığına həsr olunmuş tədbir keçirilib - VİDEO

 

 

Son zamanlar gənclər, o cümlədən məktəblilər arasında xoşagəlməz təzahürlər, eləcə də 21-ci əsrin bəlasına çevrilən intihar hadisələrinin sayının artması müşahidə edilir. Faciəvi təzahürlərin aradan qaldırılması üçün cəmiyyətdə hər kəsin öhdəsinə düşən vəzifələri dərindən dərk etməsi vacibdir.

Növbəti süjetimizdə məhz bu məsələlərə toxunulur.

Müşahidələr göstərir ki, müasir dünyanı xarakterizə edən güclü  informasiya basqısına cəmiyyətin ən enerjili hissəsi olan gənclər daha həssasdırlar. Bu baxımdan, respublikamızda  böyüməkdə olan nəslin psixoloji sağlamlığının təmin olunması yönündə vacib məsələlər qarşıda durur.

Sevindirici haldır ki, son vaxtlar intihar da daxil olmaqla, bütün xoşagəlməz təzahürlərə qarşı yerlərdə də əhəmiyyətli mübarizə üsullarından istifadə edilməkdədir. Belə ki, bölgələrimizdə də təhsil ocaqlarında müəllim, şağird, valideyin, psixoloq, həmçinin hüquq mühafizə qurumlarının birgə işgüzar görüşlərinin sayı artırılıb.

 Respublikamızın ikinci şəhəri Gəncədə də məktəblərdə belə görüşlər mütəmadi hal alır. Təhlükəli təzahürlərin profilaktikası üçün məktəb və ailə tərbiyəsinin uzlaşdırılması vacib şərtdir.
Amma məktəb və ailə amilləri ilə yanaşı uşaqlara cəmiyyətin güclü təsirini də gözdən qaçırmaq olmaz. Ətrafda baş verən hər bir neqativ davranış yetişməkdə olan nəslin psixologiyasına neqativ təsirsiz ötüşmür. Bu baxımdan, psixoloqlar xüsusilə kütləvi informasiya vasitələrini ehtiyatlı olmağa çağırırlar.

Həqiqətən də müasir cəmiyyətdə uşaqların xarakter və davranış tərzləri,  ev-məktəb-cəmiyyət-informativ mühit  xətti ilə formalaşdığından bu bəndlərin hər birinin sağlam əsaslara söykənməsi olduqca vacib məsələdir.

Nazim QULİYEV
0.097011089324951