Kanadada təyyarə yanacaq daşıyan avtomobillə toqquşdu - VİDEO

 

 

Kanadada pis hava şəraitinə görə, uçuş zolağına enən təyyarə yanacaq daşıyan yük avtomobili ilə toqquşub.

RİA Novosti-nin məlumatına görə, Toronto Beynəlxalq Hava Limanında gecə saatlarında “Air Canada Jazz”  təyyarəsi  yanacaq daşıyan yük avtomobili ilə toqquşub. Hadisə zamanı təyyarədə 51 nəfər olub. Qəza nəticəsində 2 pilot, bir stüardessa və 2 sərnişin xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Yanacaq daşıyan maşının sürücüsünə təhlükəli idarəetməyə görə cinayət işi açılıb.

0.075045824050903