“Domodedovo” hava limanında təyyarəyə bomba keçirmək istəyən şəxs saxlanıldı

 

 

Moskvanın “Domodedovo” hava limanında baqajında təyyarəyə Böyük Vətən Müharibəsi illərindən qalmış və içərisindəki partlayıcısı zərərsizləşdirilmiş bomba keçirmək istəyən şəxs saxlanılıb.

Hava limanının mühafizə xidmətindən verilən məlumata görə, həmin şəxs təyyarəyə buraxılmayıb.

“Təhlükəsizlik xidməti transfer reysinin sərnişinin baqajında qadağan edilmiş əşya aşkarlayıb və onu reysdən kənarlaşdırıb. İlkin ehtimallara görə, bomba Böyük Vətən Müharibəsi illərinə aid idi və partladıcısı çıxarılmışdı. Məsələylə bağlı araşdırmalar başlanıb. Hava limanı hazırda ştat rejimində fəaliyyət göstərir”,- deyə hava limanının mətbuat xidmətindən bildirilib.

0.077579975128174