“Azərişıq” hava ilə bağlı gücləndirilmiş rejimə keçdi

 

 

Ölkənin bir sıra regionlarında havaların kəskin soyuması, küləklə müşahidə olunan dolu və yağışın yağması “Azərişıq” ASC-ni bir sıra qabaqlayıcı tədbirlər görməyə məcbur edib.

ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Paralel.az-a bildirib ki, axşam saatlarından etibarən əməkdaşlar baş verə biləcək mümkün qəzaların qarşısını almaq üçün səfərbər olunub:

“Artıq canlı qüvvə və texnikamız hazır vəziyyətə gətirilib. Onlar baş verə biləcək qəzaların qarşısını almaq üçün çalışırlar. Digər qrup isə yağışlı-küləkli hava şəraitində baş verən fasilələri operativ aradan qaldırmaqla məşğuldur. Hazırda Zaqatala rayonu və ətraf ərazilərdə yaranan fasilələr aradan qaldırılıb, abunəçilərin elektrik enerjisi təchizatı bərpa edilib”.

0.064367055892944