Ukrayna prezidenti Poroşenko sorğuya çəkilib

Ukrayna Baş Prokurorluğunun Xüsusi Araşdırmalar İdarəsinin rəisi Sergey Qorbatyuk bildirib ki, ölkə prezidenti Petro Poroşenko 2014-cü ildə Maydan hadisələri zamanı ölənlərin işi üzrə şahid qismində sorğuya çəkilib.

Bu barədə RİA Novosti Ukrayna telekanallarına istinadən məlumat yayıb.

Sergey Qorbatyukun sözlərinə görə, hazırda prezidentin sorğusu başa çatdırlıb.  

Sergey Qorbatyuk dövlət başçısının əlavə məlumat verməsi üçün dəvət edildiyini də qeyd edib.

Bundan öncə Ukrayna prezidenti Maydan hadisələrinə görə çağrıldığı sorğuya gəlməmişdi. Poroşenko 2016-cı ildə cəlb edildiyi sorğu zamanı sənədləri imzalamadığı üçün ona dəfələrlə müraciət olunub. 

0.066116809844971