Şəmkirdə 2 avtomobil toqquşdu, 10 nəfər xəsarət aldı - FOTO

Şəmkirdə “VAZ”  markalı 2 avtomobilin toqquşması 10 nəfərin yaralanması ilə nəticələnib.

Paralel.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayonunun Düyərli kəndindən keçən hissəsində baş verib.

Xəsarət alanlardan 5 nəfəri Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, 5-i isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralılardan bəzilərinin adları da məlum olub. Onlar Arzu Rüstəmov, Ruslan Hüseynov və 1992-ci il təvəllüdlü Dursun Əsgərovadır.

İlkin məlumata görə, qəzaya düşən maşınlardan biri istixanada çalışan işçiləri aparırmış.

Nazir QULİYEV

0.089776039123535