Adambaşına milli gəlir 5800 dollara bərabər olub

Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 2019-cu ilin birinci rübündə ötən ilin eyni dövrünə nisbətən 3 faiz artıb.

Bu barədə “Tradingeconomics” (tradingeconomics.com) saytı məlumat yayıb. Sayt 196 ölkədə müxtəlif indikatorlar üzrə iqtisadi təhlilər həyata keçirir.

Budəfəki hesabatda qeyd edilir ki, Azərbaycanda ÜDM-in illik artım tempi 2001-ci ildən 2019-cu ilədək orta hesabla 8,79% təşkil edib. Bildirilir ki, bu müddət ərzində ÜDM-in illik artım tempi 2006-cı ilin birinci rübündə ən yüksək göstəriciyə – 40,40%-ə çatıb. 2016-cı ilin üçüncü rübündə isə ən aşığı göstəriciyə düşüb. Həmin rüb ərzində bu göstərici -3,90% təşkil edib.

Bildirlir ki, analitiklərin gözləntilərinə görə, bu ilin dördüncü rübünün sonuna kimi Azərbaycanda ÜDM-in illik artım tempi 2,10 faiz səviyyəsində olacaq.

O da bildirilir ki, Azərbaycanda adambaşına düşən milli gəlir 5800 dollara bərabər olub. Rəqəmlərdən də göründüyü kimi, Azərbaycanda adambaşına düşən milli gəlir Lüksemburqla müqayisədə 27 dəfə çoxdur. Bu göstərici region ölkələrindən Gürcüstanda 4300, Ermənistanda 4220, Ukraynada 2990, Türkiyədə 14900, İranda 6950, Rusiyada 11450, Qazaxıstanda 10850, Türkmənistanda 7300, Belarusda isə 6370 dollar olub.

 

0.063244104385376