Bakı-Quba yolunda dəhşəli qəza: 5 nəfər öldü - FOTO/VİDEO

Bakı-Quba yolunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Paralel.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yolun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində, “Nasosnu” deyilən ərazidə vaş verib.

İlkin məlumata görə “Shagman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik maşını toqquşub. Qəza nəticəsində 5 nəfər öldüyü deyilir. Onlardan dördü kişi, biri qadındır. Ölənlərin hərbi xidmətdə olan övladlarının andiçmə mərasimindən qayıdan ailə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0.085971832275391