Sabirabadda xalçaya bükülmüş kişi meyiti tapıldı

Sabirabadda kənd ərazisində xalçaya bükülmüş naməlum kişi meyiti tapılıb.

Paralel.az-ın Aran bürosunun xəbərinə görə, hadisə rayonun Minbaşı kəndində qeydə alınıb.

Meyiti tapılan şəxs 50-55 yaşlarındadır.

Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

0.11014103889465