Gəncədə yol çökdü, “Shacman” çuxura düşdü - VİDEO

Gəncə şəhərinin Nəriman Nərimanov prospektində kanalizasiya sisteminin yenidən qurulması işləri görülən zaman yol çöküb. 

“Shacman” markalı yük maşını yolun çökməsi nəticəsində yaranmış çuxura düşüb. Yük maşınının sürücüsü, 1987-ci il təvəllüdlü Heydərov Xaliq Süleyman oğlu xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır olaraq qiymətləndirirlər.

 Faktla bağlı araşdırma aparılır.

0.087233066558838