“Jiquli” idarəetməni itirdi, 4 nəfər yaralandı

Salyanda 4 nəfərin yaralanması ilə nəticələnmiş yol qəzası baş verib.

Paralel.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hərəkətdə olan “VAZ” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı səddə çırpılıb.

Hadisə nəticəsində avtomobilin sərnişinləri 38 yaşlı Səkinə Allahverdiyeva ,42 yaşlı Elçin Məmmədov, 27 yaşlı Habil Məmmədov və 30 yaşlı Rauf İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar  Salyan rayon Mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
 

0.089324951171875