Xəyanət edən oliqarxlar çoxalır

Baş redaktor
“Əməkdar mədəniyyət işçisi,"
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı 

 

Oliqarxlar ölkədə çox böyük imkan sahibləridir

 

Yaz gəlib. Camaat Bakı bulvarındakı iaşə obyektlərinə axın edir. Xalq Dənizkənarı Parkda istirahət etmək, baharın nəfəsini duymaq istəyir. Lakin bəzi üzdəniraq namərdlər xalqın istəyindən sui-istifadə edib, varlanmaq üçün soyğunçuluğa əl atır. Buna görə də, ölkə Prezidenti hər dəfə, xüsusən son müşavirədə tapşırıq verdi ki, qiymət məsələsində insaflı olun, əhalini incitməyin. Yəni tutaq ki, bulvarda insanlara adi bir çay içmək əvəzinə hər zamankı kimi, müştəriyə «dəm-dəsğah» sırımayın. Ölkəmizə xeyli əcnəbi qonaqlar gəlir, onlarla mədəni rəftar edin, əlinizə keçən fürsətdən istifadə edib, insanları soymağa girişməyin. Amma gəlin, bulvara çay içməyə və orada yerləşən obyektlərdə camaata qarşı törədilən həngamələrə baxın! Prezidentin dediklərinə baxan kimdir, hər kəs ancaq qaz vurub, qazan doldurmaq iddiasını gerçəkləşdirməyə girişib..

 

...Bu günlərdə xaricdən gələn jurnalist dostumla görüşdük. Çay içmək üçün onu bulvara dəvət etdim. Bulvardakı çayxananın birində oturduq. Kafenin xidmətçisi yaxınlaşıb sifarişimizi aldı. Sifarişi verdim: “zəhmət olmasa, bizə sadə bir çay verin, heç nəsiz”. Bir azdan oğlan əlində iri bir sini bizə yaxınlaşdı. İçində ləbləbidən tutmuş müxtəlif mürəbbələrə qədər nə istəsən, vardı. Oğlan  gətirdiklərinin hamısını bizdən soruşmadan stolun üzərinə düzməyə başladı. Müdaxilə edib, oğlanı dayandırdım. Bu zaman oğlan yüksək səslə: ”müdriyyət bizə tapşırıb ki, dəsgahsız adi çay vermək olmaz,”- deyə əsəbi şəkildə bildirdi. Oğlanı başa salmağa cəhd etsəm də, alınmadı və səs-küy ətrafa yayıldı...

 

Səs-küyə müdir gəldi və oğlanı sakitləşdirib, ondan nə baş verdiyini sordu. Oğlan baş verənləri müdirə anlatdı və müdir üzümüzə tərs baxa-baxa - bizdə adi çay olmur qardaş, gərək dəsgah sifariş edəsiniz – dedi. Dedim ki, nə edək, o zaman yuxarılara şikayət edək? Müdir bir az da əsəbi halda: “Buna nə ehtiyac Ə, müəllim necə istəyirsə, eləcə də çay verin, içib getsinlər, – deyib stolumuzdan uzaqlaşmaq istəyəndə, yaxınlaşıb adama dedim ki, heç olmasa, qanacağınız olsun, dövlətin qarşınıza qoyduğu tapşırığa bircə dəfə əməl edin də, camata imkan vermirsiniz ki, bulvara çıxıb dost-tanışla rahat bir stəkan çay içsin, insafınız olsun...

 

Bir neçə ildir ölkədə valyuta böhranı var. Təbii haldır. Heç kim iddia etməsin ki, süni yollarla bunun qarşısını almaq olar. Bütün dünyada ABŞ dolları at oynadaraq iqtisadiyyatları çökdürür, nefti su qiymətinə endirirsə, Azərbaycan kimi ölkənin bunun qarşısında duruş gətirməsi asan məsələ deyil. Yəni anlaşılan odur ki, Azərbaycan çətin durumdan çıxmaq üzrədir. Çıxış yolu nədir? Təbii ki, yumruq kimi birləşib vəziyyətdən çıxmaq. Prezident İlham Əliyev də ölkədə mal və məhsul qıtlığı yaranmasın, insanlar çörəklə imtahana çəkilməsin deyə, müxtəlif sərəncamlar verir, zəruri addımlar atır. Yəni Prezident ölkəni çətin durumdan mümkün qədər daha az itki ilə çıxarmaq istəyir və çıxaracaq. Çünki İlham Əliyev Prezident kürsüsünə oturandan indiyədək nə söz veribsə, nə deyibsə, hamısını edib...

 

Bəs oliqarxlar nə edir? Sadəcə, Prezidentin ayağının altını qazırlar! Bəli, məhz Prezidentə zərbə vurmaqla məşğuldur oliqarxlar! Ölkədə qiymət artımnın qarşısını almaq üçün hər kəs səy göstərməlidir. Amma bu yırtıcı oliqarxlar fürsətdən yararlanıb daha da varlanmaq yolu tutublar! Nəticədə görün, ölkədə nələr baş verir? İctimai narazılığı artırırlar, xarici düşmənlərimiz də bundan istifadə edib, ölkəmizdə sabitliyi pozmağa çalışırlar! Bu narazılıq, eyni zamanda, qəsdən Prezidentə qarşı yönəldilir! Səbəbkar isə həmin yırtıcı oliqarxlar, iş adamlarını incidən ayrı-ayrı məmurlar, xidmətçilərdir!

 

Deməli, bu adamlar Prezidentə xəyanət etməklə məşğuldur! Həm də, o Prezidentə ki, ölkənin ən yaxşı imkanlı günlərində həmin adamlara vəzifə verib, xalqa xidmət etmək üçün güvənib etibar edib. ölkədə milli burjuaziyanın formalaşması üçün zəruri addımlar atıb! Bu gün Azərbaycanın ayağından çəkən, xüsusən məhsulların qiymətini süni şəkildə artırıb, xalqı dövlətdən narazı salan belə tiplərin hər biri xəyanət içindədir! Ən adi ictimai narazılığa səbəb olan istənilən məmur mütləq şəkildə cəzasını almalıdır və alacaq!...

 

Hər halda, ölkə Prezidentinin apardığı dərin sturuktur islahatları nəticəsində xalqın rifahının yaxşılaşdırılması istiqamətində atılmış addımlar öz müsbət bəhrəsini verir və qiymətləri artırmaq vasitəsilə bu prosesə qarşı müqavimət göstərənlərin ifşa olunması qaçılmazdır. Ona görə də indi hər bir məmur öz fəaliyyəti ilə konkret mövqe sərgiləməlidir: ya Prezidentin yanındasınız, ya da ondan uzaqsınız, ona qarşısınız! Başqa seçənək yoxdur!.. Bu isə o deməkdir ki, hələ də rüşvət almağa davam edən, vətəndaşları incidən məmur, oliqarx, iş adamı Prezidentə qarşı olmaqla ona xəyanət edir!..

 

Təəssüflə qeyd edim ki, ölkə Prezidentinin humanizm nümayiş etdirib, vaxtından əvvəl həbsdən azadlığa buraxdığı sabiq səhiyyə naziri Əli İnsanovun yaşına və başına yaraşmayan bəyanatlar verməsindən ruhlanıb, örtülü və ya açıq şəkildə ona dəstək verən oliqarxların sırasını getdikcə genişləndirməyə cəhd edənlər öz məkrli məqsədlərini həyata keçirmək üçün təkcə Prezidentə deyil, xalqa və dövlətə də xəyanət etməyə hazırdırlar! Mərhum Prezident Heydər Əliyevin sayəsində həkimlikdən nazir kürsüsünə qədər yüksəlmiş və ona göstərilmiş etimaddan düz nəticə çıxarmayaraq, xəyanət bataqlığına yuvarlanıb, İlham Əliyevə qarşı çıxmaqla özünün mənəvi çürüklüyünü isbat edən Əli İnsanovun ətrafına toplaşanlar unutmamalıdırlar ki, onların hamısı zamanında Heydər Əliyevin və sonra da İlham Əliyevin köməyi sayəsində mənsəb sahibinə çevriliblər.

 

Əli İnsanovun düşdüyü durumun çətinliyini, psixoloji cəhətdən gərginliyini nəzərə alıb, keçirdiyi sarsıntıları, bəlkə də 14 il məhbəsdə yatmış insanın anormal hərəkəti də saymaq olar. Amma onun ölkə Prezidentinə qarşı səsləndirdiyi radikal bəyanatlara  dəm tutanların xəyanətkar hərəkətlərinə heç cür haqq qazandırmaq mümkün deyil. Əslində, Əli İnsanov məhbəsdən çıxandan sonar onun ətrafını Misir Mərdanov kimi, təcrübəli, ağsaqqal ziyalılar əhatəyə almış olsaydılar, təbii ki, hazırda onun ətrafına toplaşmış xəyanətkarların təsiri altına düşməzdi. Lakin nə etmək olar, atalar yaxşı deyib ki, ilanla xəyanətkar heç vaxt öz pis əməlindən peşmançılıq hissi keçirmir. Bütün hallarda xəyanət bataqlığına yuvarlanmışların son aqibəti heç zaman müsbət sonluqla bitmir və adlarını ümumi halda çəkdiyim xəyanətkarların da sonu indidən aydın görünür.

 

Sonda bir vacib nüansı da qeyd edim ki, fəaliyyətdə olan bütün qurumlarda ölkəmizin ən ciddi problemi sayılan rüşvət mühiti hələ də hökm sürür. Bu eybəcər və aradan qaldırılması asan olmayan mühiti ortadan götürmək heç də asan iş deyil. İnsanlarda dövlətə, hakimyyətə qarşı narazılıq yaradan bu mühitin qismən də olsa, zəifləməsi üçün məsələnin köklü həllini tək ölkə Prezidentinin tətbiq etdiyi üsul və metodlarla aradan qalxacağına, arxayın olmaq arzu edilən nəticəni əldə etməyə zəmanət vermir. Bu səbəbdən də, rüşvətxorluq mühitini ortadan qaldırmağın ən mütərəqqi üsulu bu iyrənc işə qarşı ümumixalq mübarizəsinin mütəşəkkilliyini təmin etməkdən ibarətdir. 

 

Cənab Prezidentin sonuncu hökumət müşavirəsində ictimai nəzarətin gücləndirilməsinin vacib olduğunu söyləməsi, məhz ölkədə bu istiqamətdə ciddi işlər görülməsinin zəruri olduğunu önə çəkir. Rüşvət mühitinin yaranmasının iki subyekti var: rüşvət verən və rüşvət alan. Bunlardan birinin, ən azı, rüşvət verənləri rüşvət alanların əlindən almaq üçün güclü ictimai maarifləndirməni və mübarizəni təşkil etmək bütün xalqımızin üzərinə düşən ən çətin yük olaraq qalır...

 

 Məhz ölkə Prezidentinə xəyanət edənlərin böyük əksəriyyəti də ölkədə mövcud olan dövlət strukturlarına soxularaq, rüşvətxorluq və korrupsiya şəbəkələrini genişləndirib, həmin şəbəkələr vasitəsi ilə dövlətin bütün sütunlarını, dayaqlarını sarsıtmaqla, oğurluq var-dövlət toplayan, bu yolla insanların rifahının yaxşılaşmasına imkan verməyən, xalqın taleyini, xoşbəxtliyini əlindən alan məmurlardır, oliqarxlardır…

 

0.13619017601013