Bağdadda kor xəlif, Qusarda Şair

İcra hakimiyyəti başçısının biznes imperiyası var?

 Son zamanlar müxtəlif bölkələrdən redaksiyamıza daxil olan şikayət məktubların intensivliyi daha da artıb. Bu məktubların əsas qayəsini isə rayon icra hikimiyyəti başçılarının insanlara biganə münasibəti, vəzifələrindən sui-istifadə edərək qanuqsuz əməllərə yol vermələridir. Bildiyniz kimi, media hüquq -mühafizə orqanlarının səlahiyyətlərinə müdaxidə edə bilməz . Bu səbəbdən də, gücümüz ancaq həmin şikayətləri ictimailəşdirməyə çatır. Bu məsələləri araşdırmaq isə aidiyyatı qurumların işidir.

Beləliklə, Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.-1956-cı ildə anadan olmuş, ali təhsilli, 2-ci grup əlil, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlunun Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevevə ünvanladığı şikayət məktubunu diqqətinizə təqdim edirik:

-Cənab Prezdent

Sizin siyasi, mədəni, iqtisadi siyasətinizi, korrupsiyaya qarşı mübarizə tədbirləri barədə verdiyiniz sərəncamları bəyənir və daima dəstəkləyirik.

Cənab prezdent

Sərəncamınızla Qusar rayon icra hakimiyyətini başçısı təyin olunan, "Vətənə layiqli xidmətlərinə" görə 2-ci dərəcəli ordenlə təltif etdiyiniz Şair Alxasov nəinki Qusar əhalisinə xidmət edir, tam əksinə onun qanunsuz əməlləri, özbaşınalıqları, tamahkarlığı artıq bütün sərhədləri aşaraq, rayonda vəziyyəti böhran həddinə çatmaqla, gırmızı xətti də çoxdan keçib.

İcra hakimiyyətinin başçısı Şair Alxasov qusarlıların heç bir problemini həll etmir, vətəndaşlara qarşı kobudluq edir, Qusar rayon camaatının işlə təmin olunması məqsədilə heç bir təşəbbüs göstərmir. Ancaq bir niyyəti var: Qusar rayonunda qanunsuz yollarla çoxlu əmlak əldə etməklə, kommersiya obyektlərini sayını artırmaq və milyonlarla vəsait əldə etmək.

Cənab prezdent

Qusar RİH başçısı Şair Alxasovun qanusuz yollarla əldə etdiyi, öz yaxınlarının, qohumlarının və digər naməlum vəzifəli şəxslərin adlarına özəlləşdirildiyi iddia olunan torpaq sahələrinin, yaşayış evlərinin, kommersiya təyinatlı obyektlərin siyahısının bir qismini məlumat üçün Sizi təqdim etmək istəyirəm. Bununla da Şair Alxasovun qanunsuz, korrupsiya tərkibli cinayət hərəkətlərinə hüquqi qiymət verilməsini, fəaliyyətinin yoxlanılmasına sərəncam vermənizi və barəsində qanunamüvafiq tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verməyinizi Sizdən xahiş edirəm.

İcra hakimiyyətini başçısı Şair Alxasova məxsusluğu iddia olunan, öz yaxınlarının, qohumlarının və naməlum vəzifəli şəxslərin adlarına özəlləşdirdiyi torpaq sahələri, həmin torpaq sahələrində tikdiyi milyonlarla dəyəri olan kommersiya obyektlərin mənə məlum olanlarının bir hissəsi aşağıdakılardır:

  1. İcra başçısı Şair Alxasov Qusar şəhərində, Təhsil Nazirliyin balansında uzun müddət fəaliyyət göstərən internat məktəbinin 2 hektara yaxın meyvə bağ sahəsini, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, sənədlərdə qanunsuz düzəliş etdirməklə, saxtalaşdırmaqla, adı bizə məlum olmayan, Sumqayıt şəhər sakininə su qiymətinə sataraq, həmin torpaq sahəsini hasara alaraq 2 il müddətində hərəkətsiz saxlayıb. İnternat məktəbin balansında olan, " Çatal " adlı yüzlərlə hektar torpaq sahəsi də, Şair Alxasov tərəfindən qanunsuz zəbt edilərək, özəlləşdirilib.

O, şəxs 2019- cu ildə Şair Alxasovun tapşırığı və bilavasitə rəhbərliyi ilə, həmin torpaq sahənin hər sotunu 5 - 10 min manata Qusar əhalisinə, naməlum vəzifəli şəxslərə satdırmaqla, sənədləri Qusar rayon notariusunda rəsmləşdirib və bu yolla milyonlarla vəsait əldə edib.

Hazırda həmin ərazidə meyvə ağacları qanunsuz kəsilərək, yaşayış evləri tikilməkdədir. Mən 20-ildən çoxdur ki, torpaq növbəsindəyəm. 3 ailəli övladıma fərdi yaşayış evin tikilməsi məqsədilə bir sot torpaq sahəsi belə verilmədiyi halda, nəyə görə icra hakimiyyətini başçısı Şair Alxasov özbaşınalıq edərək, qanunsuz yollarla Qusar şəhərin mərkəzində olan yüz hektara yaxın torpaq sahəni zəbt etməklə böyük varidat sahibi olmalıdır?

İcra Başçısı Şair Alxasov Qusar şəhər bələdiyyəsinin səlahiyyətlərini qanunsuz məhdudlaşdıraraq, onun da hüquqlarını əlindən almaqla, Qusar şəhərində Qusar bələdiyyəsinin balansında olan torpaqları özü istədiyi kimi vəzifəli şəxslərə satmaqla məşğuldur.

Onun bir amalı var: Müm-kün qədər çoxlu dövlət əmlakını zəbt edərək mülkiyyətinə keçirməklə, öz biznes imperiyasını genişləndirmək, var-dövlət sahibi olmaq.

  1. Şair Alxasov Qusar şəhərin mərkəzində uzun müddət uşaq xəstəxanası kimi fəaliyyət göstərən, təzə xəstəxana tikiləndən sonra həmin ərazidən köçürülən xəstəxananın 2,5 ha torpaq sahəsini qanunsuz yollarla zəbt edərək, həmin ərazidəki qiymətli ağacları kəsdirib və yerində özünə təzə bazar tikdirib. Qusar şəhərində köhnə bazarda fəaliyyət göstərən sahibkarları zor gücünə öz bazarına aparmaq istəsə də, bu çirkin əməli baş tutmayıb, sahibkarlar həmin bazara getməkdən imtina etməklə, Şair Alxasovun qanunsuz hərəkətlərindən Qusar rayon prokurorluğuna, KİV-ə və digər Dövlət organlarına şikayət ediblər. Şair Alxasov barəsində edilən şikayətlərə bu günə qədər də bir cavab verilməyib. Aidiyyatı Dövlət organları cinayət tərkibli hərəkətlər edən Şair Alxasov barəsində heç bir qanunamüvafiq ölçü götürməyiblər.

Şair Alxasov Qusar şəhərin mərkəzində, Heydər Əliyev prospektində uzun müddət fəaliyyət göstərmiş, Təhsil Nazirliyin balansında olan 4 saylı natamam orta məktəbin binasını sökməklə, məktəbə məxsus 2, 5 hektara yaxın torpaq sahəsini də zəbt edərək, həmin ərazidə olan qiymətli ağacları kəsdirərək, özünə milyonlarla dəyəri olan zirzəmili, 5 mərtəbəli kommersiya təyinatlı obyekt inşa etdirib.

  1. Şair Alxasov Qusar rayonuna raykom, icra başçı təyin edilən vəzifəli şəxslər üçün dövlət vəsaiti hesabına tikilən yaşayış evini sökərək, 0, 50 ha torpaq sahəni zəbt edərək, qiymətli ağacları kəsdirərək, həmin ərazidə də kommersiya təyinatlı obyektlər inşa etdirməkdədir.
  2. Şair Alxasov Təhsil Nazirliyin balansında olan, Qusar şəhərin mərkəzində mövcud olmuş, " Müəllimlər evi " adlanan müəssənin torpaq sahəsni də qanunsuz zəbt edərək, həmin ərazidə zirzəmili, hər cür şəraiti olan 3 mərtəbəli yaşayış binası inşa etdirərək, baha qimətə satışa çıxarıb.
  3. Şair Alxasov Qusar şəhərində təbii park sayılan Nəriman Nərimanov adına mərkəzi parkın ərazisini zəbt edərək, əsrlərlə yaşı olan qiymətli ağacları məhv edib, həmin ərazidə özünə məxsus " Yaşıl Park " adlı restoranın ərazisini genişləndirməklə, orada avtodayanacaq tikdirib.
  4. Şair Alxasov Qusardakı Bayraq Meydanın ( Qusar Meşə fondunun ) 0, 20 ha torpaq sahəsini qanunsuz zəbt etməklə, həmin ərazidə özünə milyonlarla dəyərində olan restoran tikdirərək istifadəyə verib.
  5. Şair Alxasov Qusarda mövcud xristian məzarlığının torpaq sahəsini zəbt etməkdən belə çəkinməyib, məzar qalıqlarını, məzar daşlarını Qusar camaatının gözü qarşısında yük maşınlarına yükləməklə, vandallıq yolu ilə, Allahından belə qorxmadan, naməlum istiqamətə daşıtdırmaqla, məzarlığın torpaq qatı ilə örtülməsi barədə tapşırıq verib.

 Allahın qəzəbində belə çəknməyən Şair Alxasov hazırda həmin ərazidə kommersiya obyekti tikməkdədir. Həmin məzarlığın bir hissəsində, yəni, 0, 50 ha torpaq sahəsini Şair Alxasov öz müavini Elman Mustafayevə satıb. Elman Mustafayev həmin məzarlıqda avtoyuma, çayxana, mağaza, restoran və digər kommersiya təyinatlı obyektləri tikdirərək istifadəyə verib. Şair Alxasovun və İH-in digər vəzifəli şəxslərin dələduzluğu, tamahkarlığı Qusar camaaatını hiddətləndirib.

  1. Şair Alxasov Qusar Meşə fondunun təxminən 100 hektara yaxın torpaq sahəsini qanunsuz olaraq naməlum vətəndaşlara satıb, hal-hazırda həmin torpaq sahələrində yaşayış evləri tikilərək yaşayış məskəninə çevrilib.
  2. Şair Alxasov Qusar rayonunda mövcud Mərkəzi xəstəxananın ətrafındakı 0, 50 hektara yaxın torpaq sahəsini də zəbt edib. Həmin ərazidə də aptek, restoran, avtoyuma, avtomobillərin təmiri sexləri və digər təyinatlı obyektlər tikdirərək istifadəyə verib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində hal-hazırda Qusar rayon Meşə fondunun 15 ha torpaq sahəsinin vətəndaşlara qanunsuz satılması barədə araşdırmalar davam etməkdədir. Əfsuslar olsun ki, bir neçə il müddətində prokurorluq organları tərəfindən cinayət tərkibli hərəkət etmiş vəzifəli şəxsər axtarıb tapılmaqla, onlar barəsində cinayət işlərin başlanılması barədə heç bir qərar qəbul etməyib.

Son məlumatlara görə, Qusar rayonunda mövcud Nəriman Nərimanov adına mərkəzi parkın bir hissəsi də, Şair Alxasovun qanunsuz tapşırığı ilə naməlum vəzifəli şəxslərə satılıb.

Cənab prezdent

Bu qədər kommersiya obyektləri olan Şair Alxasovun boş vaxtı hardandır ki, Qusar camaatına da xidmət etsin?!

Sual olunur :

- Qusarlıların haqqını tapdalayan, dövlət əmlakını mənimsəyən, vətəndaşların yaşayış evlərini məhkəmənin qərarı olmadan sökdürməklə, bütün əmlaklarını məhv edərək, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, vətəndaşların Konstitusiya hüquqlarını qorumayan, vətəndaşları azad, firavan yaşamaq arzularını bilərəkdən məhdudlaşdıran Qusar "xanı" Şair Alxasovu himayə edən, onun qanunsuz, cinayət tərkibli hərəkətlərini müdafiə edən yüksək vəzifəli MƏMURlar kimdir?

Hansı səbəbə görə vətəndaşların müraciətlərinə baxılmır ? Azərbaycan Respublikasının qanunları niyə Qusar RİH-başcısı Şair Alxasova şamil olunmur?

Yuxarıda qeyd etdiklərimi nəzərə alsanız, görərsiniz ki, Qusar rayonuna icra hakimiyyətinin başçısı təyin etdiyiniz, "Vətənə layiqli xidmət" etdiyinə görə, fəaliyyətini yüksək qiymətləndirməklə, 2-ci dərəcəli Dövlət ordeni ilə təltif etdiyiniz Şair Alxasov Vətənə, Xalqına, Qusar camaatının xidmətində necə «ayıq-sayıq» durub.

Azərbaycan Respublikasının prezdenti İlham Əliyev cənablarına ünvanlanan bu müraciət bir çox KİV-ə göndərilir.

 

P.S. Yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

Tahir Abbaslı

0.047211885452271