Bakıda avtobus qəzası: xəsarət alanlar var

Bakıda avtobus qəzası: xəsarət alanlar var

Bir qədər əvvəl Hava limanı avtomagistralında yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Paralel.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

 

O qeyd edib ki, kommunal xidmət avtomobili  avtobusla toqquşub:

"Şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 909 dövlət qeydiyyat nişanlı avtobusa dəyib. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib. Araşdırma aparılıb".

 

BNA rəsmisi deyib ki, ilkin məlumata görə hadisəyə səbəb kommunal xidmət avtomobilinin avtobusa arxadan dəyməsi olub:

"Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb".

0.067934989929199