“Formula-1”ə görə bağlı olan İçərişəhərdə qadının doğum sancısı tutdu

“Formula-1”ə görə bağlı olan İçərişəhərdə qadının doğum sancısı tutdu

“Formula-1”ə görə bağlı olan İçərişəhərdə qadının doğum sancısı tutdu.

 

Paralel.az xəbər verir ki, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov jurnalistlərə açıqlamasında deyib ki, ötən gecə İçərişəhərdə hamilə qadının sancıları tutub. 

 

Qədim şəhər, məlum olduğu kimi, “Formula” ilə əlaqədar tamamilə bağlıdır və buna görə də ora girmək mümkün deyil. Ancaq Arif Rəhimovun sözlərinə görə, təcili yardım maşını ora gedə bilib və hamilə qadını götürüb. 

 

“Hər şey yaxşıdır. Təcili yardım maşını asanlıqla ora gedib. Qadın xəstəxanaya çatdırılıb və orada əkizlər dünyaya gəlib”, - icraçı direktor bildirib. 

0.073544025421143