Binəqədidə Zərifə Əliyeva anıldı - FOTO

Binəqədidə Zərifə Əliyeva anıldı - FOTO

Aprelin 27-də Binəqədi rayonunda Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında görkəmli oftolmoloq alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.

 

Paralel.az xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini  Aynur Sofiyeva, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülər, rayon ictimaiyyəti iştirak edib.

 

Tədbir iştirakçıları ilk olaraq Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiblər.

 

Tədbiri açıq elan edən aparıcı, Əməkdar artisti Hüsniyyə Mürvətova Zərifə xanımın mənalı və şərəfli həyat yolu barədə məlumat verib.

 

Çıxış edənlər Kəamaladdin Qafarov,  Aynur Sofiyeva Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşlarda ulu tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlandığını, gözlərin önündə onun portreti yarandığını qeyd etdilər. Natiqlər Xeyirxahlığın bir növ onun həyat tərzinə çevrildiyini bildiriblər.

 

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan qadınının problemlərinə böyük diqqət yetirməsində, Zərifə xanımın şəxsi nümunəsidə mühüm rol oynadığını bildirdi. Natiq Onu taniyanlar xatirələrində Zərifə xanımın təbiətin ona qeyri-adi qadın cazibədarlığı bəxş etdiyini qeyd etdiklərini bildirdi. E.Allahverdiyev Zərifə Əziz qızının bütün varlığı hərəkətlərindən və üzünün mimikasından oxunduğunu, həmişə gülərüz, xeyirxah insan kimi yaddaşlara həkk olunduğunu bildirib.

 

Daha sonra tədbir gənc ifaçıların ifasında Zərifə xanıma həsr edilmiş musiqi parçaları ilə davam etdirildi. Azərbaycan Respublikasını xalq artisti Azər Zeynalovun ifasında “Əziz anam” mahnısı ilə tədbir sona çatıb.

0.090269088745117