Nigar Arapadai: “Ötən gün baş verən qəza dünyada maraqla qarşılandı, Azərbaycanda isə ...”  


Nigar Arapadai: “Ötən gün baş verən qəza dünyada maraqla qarşılandı, Azərbaycanda isə ...”  

“Ötən gün baş verən hadisə ilə bağlı bizim cəmiyyətdə bununla bağlı anlaşılmazlıq oldu. Bu hadisə xaricilər tərəfindən pozitiv qarşılandı” .

 

 Paralel.az xəbər verir ki, bu sözləri ötən gün baş verən hadisə ilə bağlı mətbuat konfransında  Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

 

“Biz treki hazır hazır vəziyyətə gətirib Beynəlxalq Avtomobil Federasiyasına (FİA) təhvil veririk. FİA-nın mütəxəssisləri treki yoxlayıb qərar verdikdən sonra yarış keçirilir. Onun icazəsi və qərarı olmadan heç bir yürüş keçirilə bilməz”.

 

Daha sonra çıxış edən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib ki, ötən gün bundan sonrakı sessiyalarda hərhansı  hadisənin baş verməsinin qarşınını almaq üçün atılmalı addımları müzakirə edilib.

 

“Bakıda baş verən bu hadisə ilk deyil. Dünyanın bir çox ölkələrində keçirilən yarışlarda da belə hadisələrə rast gəlmək olur. Dünəndən biz 3 iclas keçirmişik. Dünəndən trekdə olan bütün kanalizasiya qapaqları çıxardılıb yenidən quraşdırıldı. Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri bizim apardığımız yoxlamaları yüksək qiymətləndirdilər. Bununla da kiçik bir hadisənin yarışı kölgədə qoymasının qarşısı alındı. Biz bu məsələni çox ciddiyə alırıq. bununla bağlı 16 saat ərzində yoxlama aparılıb. Bildiyiniz kimi Vietnamda da yarışlar keçiriləcək. Həmin yarışda Azərbaycandakı görülən təhüləkəsizlik tədbirləri əsas götürüləcək”.

 

T.Buçer əlavə edib ki, ümumilikdə FİA-nın asfalt qatı ilə bağlı heç bir iradı yoxdur, pilotlardan da heç bir narazılıq bildirilməyib.

 

Nigar Arapadarai əlavə edib ki,  bu qəza Formula 1 SOCAR Azərbaycan Qran-Prisini maraqlı edib.

 

“Çində keçirilən 1000-ci Qran-Priyə bu qədər maraq olmamışdı. Dünən keçirilən yarış sınaq yarışı idi, sınaq yarışlarında belə hadisələrin olması normal qarşılanır.  Azərbayacanda keçiriən test yürüşü Çin Qran-Prisindən daha çox müzakirə olunub.  Dünəndən Bakı Qran-Prisi haqqında 5000 məqalə dərc olunub. Bunların əksəriyyəti tərəfsiz və pozitiv məqalələrdir.

Nigar Arapadarai bildirb  ki, bu hadisə bizim cəmiyyətdə aqressiya ilə qarşılansa da dünyada maraqla qarşılanıb.

“Bu hadisə göstərdi ki, bizdə Formula 1 ilə bağlı maariflənmə kifayət qədər deyir. Biz bununla bağlı marifləndirməni daha da artıracayıq. Formula 1 həvəskarları bu yarışın sürprizlərlə dolu olduğunu bilir. Bir daha deyirəm biz treki Beynəlxalq Avtomobil Federasiyası təhvil veririk və bunu onlar yoxlayır.  Onlar təhvil götürdükdən sonra yarışlara icazə verilir. Qəzaya düşən bolidin bütün zərərləri sığorta şirkəti tərəfindən qarşılanacaq”.

0.065989971160889