Qar uçqununda ölən əsgərimiz DƏFN OLUNDU


Qar uçqununda ölən əsgərimiz DƏFN OLUNDU

Martın əvvəlində qar uçqununa düşərək həlak olan hərbçimiz, 1992-ci il təvəllüdlü Məmmədov Fərrux Fərman oğlu Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. 

Paralel.az xəbər verir ki, dəfn mərasimi izdihamla keçib.

Xatırladaq  ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. 

Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılmış və  aprelin 14-də doğulduğu Qazax rayonu Yuxarı Salahlı kəndində dəfn olunmuşdu. 

Məmmədov Fərrux Fərman oğlunun nəşi isə aprelin 23-də tapılmışdı..

0.18941903114319