Ziya Bünyadov prospektində qəza tıxaca səbəb olub

Ziya Bünyadov prospektində qəza tıxaca səbəb olub

Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az ONA-ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektinin Nərimanov rayonundan keçən hissəsindəki tuneldə olub.

Fərid Şirəliyevin idarə etdiyi “Shacman” markalı yük avtomobili yol ayrıcı betonuna çırpılıb.

Qəza nəticəsində yük maşınının daşıdığı çınqıl yola dağılıb. Hadisə yolun hər iki istiqamətində tıxaca səbəb olub.

Sürücünün məlumatına görə, avtomobilin əyləc sistemində problem yaranıb və o idarəetməni itirib.

Faktla bağlı araşdırma aparılır.

0.13538479804993