Bakıda gənc qız 1000 manat borca görə intihar etdi

Bakıda gənc qız 1000 manat borca görə intihar etdi

Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.

Modern.az BakuPost.az-a istinadən  xəbər verir ki, hadisə Yeni Yasamal qəsəbəsində baş verib. Əsəd Əhmədov küçəsində 23 yaşlı qadın özünü 6-cı mərtəbədən atıb.

İlkin məlumata görə, özünü atan qadının adı Firuzədir. O, 1000 manat borcu olduğu üçün intihar edib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Məlumata görə, qadın gözəllik salonunda işləyib. Onun işlədiyi yerdə 1000 manat əskik olub. Müdir qadını oğurluqda ittiham edib.

0.074337005615234