Azərbaycan millisinin sabiq futbolçusu döyüldü


Azərbaycan millisinin sabiq futbolçusu döyüldü

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu döyülüb.

Paralel.az ONA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu N.Rəfiyev küçəsində qeydə alınıb.

Belə ki, 2 nəfər naməlum şəxs xuliqanlıq zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Saşa Yunisoğlunu döyüb. Polisə bu barədə zərərçəkən özü şikayət edib. Hadisəni törədən şəxslər axtarılır.

Qeyd edək ki, döyülən şəxs Azərbaycan yığmasının şərəfini qoruyub.

0.071985006332397