Şimali Makedoniyada seçkilərin ilkin nəticələri açıqlandı

Şimali Makedoniyada seçkilərin ilkin nəticələri açıqlandı

Şimali Makedoniyada keçirilən prezident seçkilərində səsvermənin ilkin nəticələri açıqlanıb.

Paralel.az xəbər verir ki, Şimali Makedoniyanın Dövlət Seçki Komissiyasının (DSK) rəsmi saytına istinadla xəbər verir ki, səslərin sayılması davam edir. Yerli vaxtla saat 21:00-a (Bakı vaxtı ilə saat 23.00) olan məlumata görə, Stevo Pendarovski 42.25 faiz səslə irəlidədir. Xanım Gordana Silyanovska ondan təxminən 3 faiz geridə qalır.

Qeyd edək ki, Şimali Makedoniyada keçirilən prezident seçkilərində üç əsas namizəd- Stevo Pendarovski, Gordana Silyanovska və Blerim Reka mübarizə aparıb.

0.066040992736816