“Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu

“Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu

Cənubi Koreya polisi ölkənin ən iri korporasiyalarından olan "Hunday"ın təsisçisi Çunq Cu-yunqun 28 yaşlı nəvəsini narkotik vasitə qəbul etdiyinə görə saxlayıb.

Modern.az xəbər verir ki, İnçon aeroportunda saxlanılan gənc "Hunday"ın təsisçisinin 7-ci oğlu və "Hyundai M Parnetrs Co." şirkətinin idarə heyətinin sədri Çun Monq-ilin böyük oğludur.

 

Bildirilir ki, o, ötən il 3 dəfə qeyri-qanuni yolla əldə edilmiş maye formada marixuana qəbul etdiyinə və ölkənin digər iri şirkətlərindən olan "SK Group"un təsisçisinin nəvəsi ilə birgə marixuana çəkdiyinə görə saxlanılıb. Digər gənc fevral ayında saxlanılıb.

0.17352795600891