Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər”

Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər”

“Mənə qarşı hücumların səbəbi ilk dəfə müxtəlif siyasi qüvvələri bir araya gətirməyimizdir. Bu olay Türkiyənin birliyinə hücumdur”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu bu gün Ankarada Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən hərbçi Yener Kırıkçının dəfn mərasimində hücuma və fiziki zorakılığa məruz qalan Xalq Cümhuriyyət Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu bildirib.

Ankarada CHP-nin binası önündə toplaşan partiya üzvləri qarşısında çıxış edən Türkiyə müxalifətinin lideri hadisənin Çubuk rayon sakinləri ilə bir əlaqəsi olmadığını bildirib: “Hücum edənlər kənardan gələn insanlardır. Baş verən olay zamanı əslində şəhidə və onun ailəsinə hörmətsizlik edildi. Şəhid üçün doğru-düzgün dua oxunmasına, namaz qılınmasına imkan verilmədi. Mənim şəhidlərin dəfn mərasiminə getməyimi istəmirlər. Ancaq mən şəhidlərin dəfn mərasiminə gedəcəm”.

0.067969799041748